"Hələ heç nə bitməyib" - Qurban Qurbanov
"Fərqli və təcrübəli komandaya qarşı oynadıq".
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın "Ludaqorets" klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: "Ludaqorets"in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük".
Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: "Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi".
Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Dani Bolt "Qarabağ"dan getdi
Tarixi rekord: cekpot ilk dəfə 2 000 000 manatı keçdi
"Neftçi" xorvatiyalı Viçko Şeveli heyətinə qatdı
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Nofəl İbrahimov vəfat etdi
AccessBank-da yeni dalğa – AccessRadio artıq yayımda
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
İlham Əliyev Lukaşenko ilə söhbət etdi