HƏMAS-dan Trampa SƏRT REAKSİYA: "Bu, irqçiliyə və etnik təmizləməyə çağırışıdır"
"ABŞ prezidenti Donald Trampın Qəzza zolağının transformasiyası ilə bağlı bəyanatları irqçiliyin təzahürü və etnik təmizləmə çağırışıdır".
KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında bildirilib.
Dünən İordaniya Kralı II Abdullah ilə görüşünün açılış hissəsində Tramp qeyd edib ki, ABŞ Qəzza zolağını satın almayacaq və vergi ödəyicilərinin pulunu bu sahəyə xərcləməyəcək. Lakin Tramp Qəzza ilə bağlı "doğru" işlər görəcəyinə söz verib və Misirlə razılaşmaya ümid etdiyini bildirib.
"Trampın bəyanatları irqçiliyin təbliğidir. Fələstin məsələsini aradan qaldırmaq və xalqımızın hüquqlarını tapdamaq üçün etnik təmizləməyə çağırışdır", – HƏMAS-ın bəyanatında deyilir.
Daha əvvəl Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və regionun yenidən qurulmasına cavabdeh olacaq. Eyni zamanda onu bütün dünya üçün "Yaxın Şərq Rivierası"na çevirəcək. O, həmçinin ABŞ-ın öz ordusunu Qəzzaya göndərə biləcəyini istisna etməyib.
Vəli Həsənoğlu,
KONKRET.az

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək