"Həmin ssenarini "Bayer"ə qarşı da təkrarlamaq istəyirik"
"Bayer"lə matçda maksimum nəticə qazanmağa çalışacağıq".
KONKRET.azxəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qarşı keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
O, bildirib ki, yenidən Azərbaycan xalqını möhtəşəm qələbə ilə sevindirmək üçün əllərindən gələni edəcəklər:
"Artıq bu mövsüm bir dəfə "Bayer"lə Avropa Liqasının qrup mərhələsində qarşılaşmışıq. Rəqibi tanıyırıq. Onların nə qədər güclü olmağına baxmayaraq, hər şey meydanda həll olunur. "Braqa" ilə oyundakı ssenarini "Bayer"ə qarşı da təkrarlamaq istəyirik. Hədəf mərhələ adlamaqdır".
Azərbaycan millisinin üzvü "Qarabağ FK – 30 mövsüm səfərdə" filmi barədə də fikirlərini bölüşüb:
"Çox maraqlı və maarifləndirici film alınıb. Futbolçuların ümumi şəkildə bunu izləməsi vacib idi. Bu film bizə əlavə stimul verəcək".
Xidmetler [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto