Hərbçilərimiz Pakistanda təlimə qatıldı

Hərbçilərimiz Pakistanda təlimə qatıldıAzərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqunda iştirak edir.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəisləri, sahil mühafizəsi komandirləri və yüksək səviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini – qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.
Qeyd edilib ki, liman və dəniz fazalarından ibarət olan 9-cu çoxmillətli təlimdə ("AMAN-25") isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları icra edəcək.
"Sülh naminə birlikdə" şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb.
Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən "AMAN-25" çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.

İdman       Tarix: 08 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu

Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər. xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşm

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

FİFA prezidentinə namizəd onlardır

FİFA təşkilatın prezidenti vəzifəsinə üç namizəddən ibarət siyahını açıqlayıb. xəbər verir ki, bu barədə FİFA-nın mətbuat açıqlamasına istinadən "Match TV" məlumat yayıb. Namizədlər bunlardır: hazırkı FİFA prezident

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki

Ozan Kabak Türkiyə millisinin düşərgəsindən ayrılıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müdafiəçi ötən gün Belçika ilə keçirilən oyunda (1:2) sarı vərəq

"Qalatasaray"ın baş məşqçisi meydandan qovuldu

Super Liqanın 12-ci turunda "Qalatasaray"- "Samsunspor" matçının son fiti səsləndikdən sonra baş verənlər gündəm olub. xəbər verir ki, matç başa çatdıqdan sonra hakim Ali Şansalanla əl sıxmayan "Qalatasaray"ı

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler valyuta mezennesi 2026 meherremlik 2026 sonxəbər