Hərbi əməliyyatlar 2025-ci ildə başlayacaq - Dünyamiqyaslı savaşın bir hissəsi Ermənistanda hazırlanır - ƏTRAFLI

Hərbi əməliyyatlar 2025-ci ildə başlayacaq - Dünyamiqyaslı savaşın bir hissəsi Ermənistanda hazırlanır - ƏTRAFLIDünyada cərəyan edən ictimai-siyasi vəziyyət heç də ürək açan deyil. Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq qarşıdurması dünya nizamını tamamilə dəyişib. Yenə dünya iki qütbə bölünüb. Düzdür, Qərbin diqtəsi ilə baş verən siyasi hadisələr daha dinamik xarakter alıb. Münaqişə ocağı yaratmaqda mahir olan ABŞ dünyanı nəzarətdə saxlamaq üçün bütün resurslarını işə salıb və qismən də buna nail olub. İndi Avropa İttifaqı deyilən bir qurum da faktiki olaraq ABŞ-nin bir təşkilatı kimi çıxış edir. Üstəlik, Avropanın aparıcı dövlətləri özlərini Amerikanın əyalətləri kimi aparırlar. Elə bunun nəticəsidir ki, hegemon dövlətin gündən-günə iştahası artır və Rusiyanı sıradan çıxarmaq üçün yollar axtarır. Ukrayna müharibəsindən özünün siyasi dividentini əldə etməyə çalışan Amerika faktiki olaraq Ukraynada Rusiyaya qarşı vuruşur. Üstəlik, Yaxın Şərqdə İsrailin maraqlarını qoruyan ABŞ açıq şəkildə Qəzzadakı qətlama göz yumur və müharibənin dayandırılmasına tələsmir. Çünki hələ maraqlar tam təmin olunmayıb. Həmin maraqlar hansılardır və ABŞ nəyi planlaşdırır. Ekspertlər hesab edir ki, Amerika Yaxın Şərqdə və Qırmızı dənizdə nəzarəti tam  ələ keçirməyi hədəfləyib. Onlar həmçinin İran faktorundan xilas olmaq, Livanda Hizbullah və HƏMAS-ın varlığına birdəfəlik son qoymaq niyyətindədirlər. Amma İranın dirənişi və proksi qüvvələrə dəstəyi hələlik bu planın reallaşmasını bir qədər gecikdirir.
Amma əksər siyasi ekspertlərin qənaətincə, gələn il daha iri miqyaslı müharibənin başlamaq ehtimalı var. Əgər proqnozlar özünü doğruldarsa, Yer kürəsi dəhşətli fəlakətlə üzləşər. Bəzi ölkələrin arsenalında olan nüvə silahları milyonlarla insanın həyatına son qoya bilər. Bir sözlə dünya nizamı kökündən dəyişər və bəşəri fəlakətə gətirib çıxarar. NATO dövlətləri Rusiya üçün böyük təhlükə hesab edilirsə, Rusiya özü bütün dünyanı titrədəcək addımlar ata bilər. Deməli, qlobal təhlükəsizlik sisteminin qarşılıqlı təhdidlərin qurbanına çevrilmək ehtimalı qalır. Böyük müharibələrin gətirəcəyi iqtisadi fəlakət isə infrastrukturun dağılması, resursların azalması deməkdir.
Ümimiyyətlə, bu gün dünyada yaranan qarşıdurmalar və bir-birilərinə güzəştə getməmək prinsipi böyük dövlətlərin siyasi ambisiyasıyla bağlıdır. İqdisadi rıçaqları əlində alətə çevrən ABŞ bu üsulla öz rəqiblərini zəiflədir və onlara təsir etməyə çalışır.
Yeni dünya düzəni ərəfəsində nəyin necə olacağı, Qərb dövlətlərinin öz ağalarından daha hansı göstəriş alacağı və onlara necə əməl edəcəyi dəqiq bilinmir. Dəqiq olan odur ki, Amerikanın rəhbərlik etdiyi Qərb koalisiyası bu gün Cənubi Qafqaza da daxil olmağa çalışır. Bunun üçün Ermənistan faktoru var. Onlar öz istəklərinə qismən də olsa, nail olublar. Keçmiş SSRİ ölkələri içərisində ən böyük diplomatik korpusunu Ermənistanda quran ABŞ məhz düşmən ölkənin ərazisindən özünün maraqlarını təmin etməyi düşünür. Ermənistanda İran ərazisini nəzarətdə saxlamaq və kəşfiyyat xarakterli məlumatlar toplamaq üçün əməli işlərə başlayıb. Bunun üçün Zəngəzurda möhkəmlənən ABŞ hətta Ermənistanı silahlandırmaqdan belə çəkinmir. İndi onların regionda bir nömrəli rəqibi Rusiya olduğundan, hədəf rusları bölgədən sıxışdırmaqdır. Hələlik məqsədlərinə nail ola bilməsələr də, hadisələrin gedişi buna aparır. Artıq Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyan Rusiya ordusunun geri çəkilməsi məsələsi müzakirə olunur. Bu, əslində İranın təhlükəsizliyinə bir başa təhdiddir. Rusların İran-Ermənistan sərhəddini tərk etməsindən sonra sərhəddə yerləşdiriləcək Amerika əsgərlərinin İran ərazisinə asanlıqla nəzarət etmək imkanı yaranır. Deməli, İran- Ermənistan sərhəddində  yerləşəcək Amerika hərbçiləri Cənub qonşumuza asanlıqla nəzarət edəcək. Əgər ekspertlərin gələn ilki müharibəylə bağlı proqnozları özünü doğrultsa, Ermənistanın İranla sərhəddi ən qaynar nöqtələrdən biri olacaq və regionda gərginlik yaşanacaq. Bu isə Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də ciddiləşdirəcək. Paşinyan və onun komandası onları gözləyən bu təhlükədən xəbərdardır. Amma Qərb qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirməyə çalışan Ermənistanın başqa seçim imkanı qalmayıb.
Belə çıxır ki, dünyanı gözləyən təhlükələrdən biri Ermənistanda hazırlanır və region buna hazır olmalıdır. Əgər böyük müharibə olarsa, Ermənistanın bir dövlət kimi yer üzündən silinməsi qaçılmazdır.
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 12 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat en son xeberleri en son xəbərlər bugün krminal bu gun