"Highland Residence"də ipoteka ilə mənzillər

"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var. Tikintisinin əsas hissəsi tamamlanmış bu yaşayış kompleksində 52 m2, 2 otaqlı studiyadan 108 m2, 3 otaqlıya qədər dəniz və "Gənclik" parkı mənzərəli mənzillər uzunmüddətli ipoteka imkanı ilə satışa çıxarılıb.
Tikintisi tamamlanmış binada satışa çıxarılan bu mənzillər 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır. Qısa müddətdə təhvil imkanı bu layihəni həm investisiya, həm də yaşayış üçün əlverişli edir.
"Highland Residence" 8 Noyabr prospektinə, "Həzi Aslanov" metro stansiyasına yaxın, 43 hektarlıq "Gənclik" parkının düz yanında yerləşir. Kompleksin əlverişli yerləşməsi şəhərin əsas nöqtələrinə çıxışı asanlaşdırmaqla bərabər, ətraf ərazilərdə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi, park və müxtəlif iaşə obyektlərinin olması sakinlərin gündəlik ehtiyaclarını rahatlıqla qarşılamasına şərait yaradır.
Yaşayış kompleksində bütün mənzillər tam təmirli formada təhvil verilir. Təmirdə yüksək standartlara cavab verən Avropa brendlərindən istifadə olunur: "HARO" laminat və parket döşəməsi (Almaniya), "Zambaiti Parati" divar kağızı (İtaliya), "Seranit" kafel (Türkiyə), "Grohe" hamam aksesuarları (Almaniya), "Gewiss" elektrik açarları (İtaliya) və "Prysmian" yanmayan kabel infrastrukturu (İtaliya). Həmçinin mənzillər sahə itkisinə yol verilmədən optimal formada planlaşdırılıb, səs və istilik izolyasiyası ilə təchiz edilir.
Kompleksin digər üstünlükləri arasında 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz və təhlükəsiz həyət konsepti, geniş yaşıl istirahət zonaları, uşaqlar üçün oyun meydançaları, futbol və basketbol sahələri, həmçinin yeraltı və geniş avtodayanacaq yer alır. 43 hektarlıq ərazidə 300 000-dən çox ağacı əhatə edən möhtəşəm "Gənclik" parkı isə kompleksin düz yanında yerləşir — səhər yürüşləri və axşam istirahəti üçün ideal məkandır.
Satışa çıxarılan mənzillərin sayı məhduddur. "Highland Residence" layihəsi və satış şərtləri ilə daha ətraflı tanış olmaq üçün layihənin satış ofisinə müraciət edə və ya indi zəng edə bilərsiniz.
Ətraflı: *1544 
Ünvan: Xətai rayonu, "Gənclik" parkının yanı
kristal.az / azxeber.com

İqtisadiyyat       Tarix: 10 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az