Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır

Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız öz liderinin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. Bunun nəticəsində "Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik.
Azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Şurasının mediaforumunda çıxış edərkən bildirib.
"İlk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd etmək istərdim.
Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər.
Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar", - deyə Hikmət Hacıyev qeyd edib.
Belə bir medaiforumun təşkilinin uzun illərdir gözlənildiyini vurğulayan Prezidentin köməkçisi deyib:
"Bizim media nümayəndələrini belə bir formatda görməkdən xüsusi sevinc və qürur hissi duyuruq. Çünki sizlər arasında olan münasibətlər media sahəsindəki gücümüzü artırır. Bu eyni zamanda liderlərimiz tərəfindən qarşımıza qoyulan tapşırıqdır.
Ortaq kökümüzün, mədəniyyətlərimizin insanlara, xüsusən də gənclərimizə daha yaxından tanıdılması, eyni zamanda zəngin türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır".
Azərbaycanın qarşısında duran yeni vəzifələrdən birinin Qarabağın yenidən qurulması olduğunu söyləyən Hikmət Hacıyev bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız tamamilə dağıdılıb. XXI əsrdə bir torpağın, bir şəhərin bu şəkildə dağıdılması insanın ağlına gələcək bir mənzərə deyil. Qardaş türk ölkələrinin media mənsublarına təşəkkür edirəm ki, onlar bu vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
"Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır. Bizim məqsədimiz gələcəkdə dünyada baş verə biləcək bu kimi əməllərin qarşısını almaqdır. Qarabağda Azərbaycan və türk xalqına məxsus zəngin mədəniyyət irsi var. Təəssüf ki, bu mədəni irsimiz də illər uzunu məhv edilib. İşğal altındakı torpaqlarda olan 67 məscid dağıdılıb, bütün müsəlmanlar təhqir edilərək bu məscidlərdə ermənilər tərəfindən donuz saxlanılıb.
Bu gün Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar və biz bu məsələdə də birgə fəaliyyət göstərəcəyik".

Siyasi       Tarix: 22 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az