"Hikmət Hacıyevin missiyası Türkiyə və İsrail arasında vasitəçilik olub

Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri oldu. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, bunu adi bir səfər kimi də qiymətləndirmək olardı. Amma səfər dövründə Suriyada cərəyan edən proseslərə diqqət yetirdikdə, məsələnin belə bəsit izahı üçün əsas olmadığı aydın görünür.
Məlumdur ki, son 10 gündə Suriyada gedən proseslər həm Bəşər Əsəd rejiminin süqutu, həm də İran və Rusiyanın bu ölkədən çıxarılması ilə nəticələndi. Bir tərəfdən qardaş Türkiyə, digər tərəfdən də dost İsrail faktiki olaraq Suriyada həmsərhəd oldular. Təbii ki hazırda Türkiyə ilə İsrail arasında mövcud gərginlik səbəbindən bəzi analitiklər bu iki ölkə arasında toqquşmanın baş verəcəyini də ehtimal etdilər.
Buna görə də düşünürəm ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri də anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.
Xatırlatmaq istərdim ki, Qəzza bölgəsində məlum 7 oktyabr hadisələrinə qədər məhz Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərində normallaşma yaranmışdı. Lakin Qəzza olayları duruma ciddi mənfi təsir göstərdi və iki ölkə arasında münasibətlər yenidən pozuldu. Hazırda da hadisələrin sürətli inkişafını, həm Türkiyənin, həm də İsrailin Suriyada mövqelər əldə etdiyini, digər tərəfdən İranın bu ölkədə hələ də təsir imkanlarını saxlamağa cəhdlər göstərdiyini nəzərə alaraq, belə bir missiyaya ehtiyac var idi. İndi müşahidə olunan nisbi sakitlik onu deməyə əsas verir ki, Hikmət Hacıyevin səfəri zamanı hələlik iki ölkə arasında maraqları uzlaşdırmaq və yaxud da onları mümkün gərginlikdən sığortalamaq mümkün olub.
Bu da onu deməyə əsas verir ki, Azərbaycan dünyanın gündəmini zəbt etmiş daha bir prosesə çox dəyərli töhfə verdi. Zənnimcə, ağıllı, uzaqgörən diplomatiya həyata keçirən Azərbaycanın artıq regional çərçivədən çıxaraq qlobal proseslərin fəal iştirakçısına çevrildiyini deyənlər heç də yanılmırlar.
Azər Həsrət / azxeber.com

Siyasi       Tarix: 11 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber az xəbərlər.com son xeberler az