İç üzü açılan USAID hər yerdən qovulur

İç üzü açılan USAID hər yerdən qovulurMüstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID çətin günlərini yaşayır. Donald Tramp administrasiyası təşkilata əsl kabus yaşadır.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, "Tesla", "SpaceX" şirkətlərinin və "X" sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın "X" hesabında bu mövzuda bir neçə paylaşım var və onu "cinayətkar təşkilat" adlandırır.
Maraqlıdır ki, USAID-in əməlləri elə yarandığı ölkədən faş edilir. Bu, özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. "Rəngli inqilablara" sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə "müstəqil araşdırmalar" sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.
Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda "etnik təmizləmələr" barədə "araşdırmaları" ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.
Prezident İlham Əliyev ötən ilin dekabrında rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində USAID-lə bağlı tənqidi fikirlər səsləndirib. Beləliklə, bəlli olur ki, ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.
İç üzü açılan USAID hər yerdən qovulurAraşdırmalar göstərir ki, USAID 707 media, 6 min 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Azərbaycanda 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb.
USAID – kabus, təlatüm və qarışıqlıq mənbəyi
Bədnam təşkilat hansı ölkəyə ayaq basıbsa, özü ilə ora kabus, təlatüm və qarışıqlıq gətirib. İş o yerə çatıb ki, heç kim artıq "Donald Tramp niyə USAID-i bağladı" sualına cavab axtarmır. ABŞ-də başlayan anti-USAID hərəkat dünya boyu davam edir. Agentlik 1961-ci ildə Con F.Kennedinin prezidentliyi dövründə yaradılıb. Bu, ABŞ-nin xarici yardım proqramlarının yenidən təşkili və onların bir böyük struktura çevrilməsinin bir hissəsi idi. USAID müasir müstəqil agentlik statusunu 1998-ci ildə əldə edib.
Agentliyin fəaliyyətinə ümumi siyasi rəhbərliyi ABŞ dövlət katibi həyata keçirir, o həmçinin prezidentə və Milli Təhlükəsizlik Şurasına tabedir. Büdcəsi 50 milyard dollardan artıq olan təşkilatda 2025-ci ildə yenidən təşkilinə qədər təxminən 10 min nəfər çalışırdı ki, onların da əksəriyyəti ABŞ-dən kənarda fəaliyyət göstərirdi. USAID digər ölkələrin ərazisində nə ilə məşğul olub? Avropa, Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsində fəaliyyət göstərən təşkilat 100-dən çox ölkəyə Amerika yardımı ayırıb. Bu yardım əsasən iqtisadi artımın dəstəklənməsinə, humanitar yardımın göstərilməsinə, səhiyyə, kənd təsərrüfatı layihələrində iştirakına, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması və demokratik institutların möhkəmləndirilməsinə yönəlmişdi.
İç üzü açılan USAID hər yerdən qovulurHələ 2024-cü ildə Azərbaycan 2000-ci ildən qüvvədə olan USAID müqaviləsini uzatmamağa qərar verdi. Bu, agentliyin fəaliyyətinin dövlətin maraqlarına uyğun olmaması ilə bağlıdır. 2025-ci ilin əvvəlində Bakı ABŞ rəhbərliyinə USAID-in ölkə ərazisində fəaliyyətinin tam dayandırılması barədə məlumat verdi.
"Gürcü Arzusu" başda olmaqla, Gürcüstan rəhbərliyi də dəfələrlə Agentliyin fəaliyyətinin zərəri barədə bəyanatlarla çıxış edtdi. Xüsusilə, USAID-in ölkədə siyasi vəziyyətin destabilizasiyası və iğtişaşlar yaratmaq məqsədi daşıyan Gürcüstanın qeyri-hökumət təşkilatlarına maliyyə töhfəsi qeyd olunur.
Venesuela, Gürcüstan, Qazaxıstan…
USAID-ə qarşı ABŞ-də başlayan hərəkat artıq dünyada əks-səda doğurub. Azərbaycan artıq dəfələrlə bu təşkilatın fəaliyyəti ilə bağlı narahatlıq və narazılığını ifadə edib. Azərbaycanın Qeyri Hökumət Təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maska USAID-lə əlaqədar müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirilən qətiyyətə, güclü iradəyə görə ABŞ administrasiyasına dərin təşəkkür ifadə edilib.
Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalına müsahibəsində bildirib ki, USAID qalmaqalının göstərdiyi kimi, Venesuelaya qarşı sövdələşmələrə son qoyulmalıdır. Maduro iddia edib ki, Venesuela hökuməti müxalifətin USAID tərəfindən verilən vəsaitləri mənimsəməsi faktları barədə dəfələrlə məlumat verib və indi bu faktlar təsdiqlənib.
Ölkənin baş prokuroru Tarek Uilyam Saab "Cable a Tierra" radiostansiyasına müsahibəsində bildirib ki, sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaitindən istifadə edib.
İç üzü açılan USAID hər yerdən qovulurGürcüstanın Baş naziri İrakli Kobaxidze də bildirib ki, USAID tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub və cəlb olunmaqda davam edir. O, USAID tərəfindən maliyyələşdirilən "Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət" (ISFED) adlı QHT-ni nümunə gətirib.
İ.Kobaxidze iddia edib ki, 2020-ci il parlament seçkilərində bu təşkilat cəmiyyətdə iğtişaşlar törətmək məqsədilə səsvermənin nəticələrinin paralel hesablanmasında saxtakarlığa yol verib.
"Siz indi də proseslərin necə inkişaf etdiyini görürsünüz. İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşdirilən QHT-lər dayanır. Bunlar USAID, NED (Demokratiyaya Dəstək Milli Fondu) tərəfindən maliyyələşdirilən təşkilatlardır. Onları artıq ABŞ-nin yeni administrasiyası da açıq şəkildə tənqid edir", – o vurğulayıb.
Kobaxidze yeni administrasiya dövründə ABŞ səfirliyinin, ilk növbədə, gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə və USAID, NED, eləcə də digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini deyib.
Qazaxıstan Xalq Partiyası fraksiyasının deputatları ölkədəki xarici qeyri-hökumət təşkilatlarının statusuna yenidən baxılmasına çağırış ediblər.
Rəsmi məlumatlara görə, Qazaxıstanda 200-ə yaxın QHT xaricdən maliyyələşir, onların 70 %-i ABŞ-dəki müxtəlif mənbələrdən maliyyə vəsaiti alır. Ölkədə 165 xarici donor fəaliyyət göstərir. Əsasən media, insan hüquqlarının müdafiəsi, demokratiyanın təşviqi və liberal islahatlar sahələrində layihələrə dəstək verilir.
Deputatlar Qazaxıstanda xaricdən maliyyələşən strukturlarla bağlı milli qanunvericiliyin yaradılmasını təklif edirlər. Eyni zamanda, qeyd edirlər ki, sağlam vətəndaş cəmiyyətinin inkişafını ləngitməmək məqsədilə humanitar və elmi təşkilatlar üçün də istisnalar edilməlidir.
Görünən odur ki, artıq dünya dövlətləri USAID təhlükəsini görür, qiymət verir və ona son qoymağa çalışırlar. Bu səbəbdən də Tramp administrasiyasının adıçəkilən təşkilatın fəaliyyətinə xitam verməsi nəinki təqdir olunmalı, həm də təbliğ edilməlidir.

Siyasi       Tarix: 13 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır". KONKRET.azoxuaz-a istinadə

Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və yeni peyda olmuş şübhəli qurumlar vasitəsilə türk millətçiliyin

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Azərbaycanın Macarıstandak

Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib

Moldova Xarici İşlər Nazirliyi Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə Rusiyanın endirdiyi zərbəni pisləyib. xəbər verir ki, bu barədə Moldovanın xarici siyasət idarəsini

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzini

MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasından sonra təşkilata üzv dövlətlərin parlament sədrlərinin birgə mətbuat konfransında süni intellektin və texnoloj

Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub. xəbər verir ki

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət bugünkü son xəbərlər gunun xeberleri son xeber