İdarə rəisi: Nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var

İdarə rəisi: Nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası varDezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var.
Bunu "Report"un Şuşaya ezam olunan müxbirinə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, II Qlobal Media Forumunda Prezident İlham Əliyev də bildirib ki, hətta onun adından da feyk xəbərlər, videomüraciətlər hazırlanıb:
"Prezidentin son illər fəaliyyəti, dünyada nüfuzunun artması onu da dələduzların istifadə edəcəyi nüfuzlu şəxslər siyahısına daxil edib. Bildiyiniz kimi, dörd gün bundan əvvəl saxta səhifə hazırlanıb, Prezident İlham Əliyevin ailə üzvlərinin adından investisiya yatırımları ilə bağlı saxta məlumat yayılmışdı. Bu kampaniya da tərəfimizdın aşkarlandı və müvafiq qurumlarla birgə ölkə ərazisində fəaliyyəti dayandırıldı".
T.Məmmədov qeyd edib ki, təmsil etdiyi dövlət xidmətinin fəaliyyət istiqamətlərindən biri də feyk xəbərlərin yoxlanılması, ümumiyyətlə dezinformasiya, kiberdələduzluq halları, dövlət strukturları, rəsmi şəxsləri hədəfləyən dələduzluq hallarının aşkarlanması, monitorinqi, araşdırılmasıdır.
"Biz də öz tərəfimizdən belə saxta məlumat və videoların dərhal aşkarlanması, bloklanması, mümkün qədər az auditoriyaya çatdırılması, vətəndaşları qorumaq məqsədilə aktiv fəaliyyət göstəririk", – o vurğulayıb.

Sosial       Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 son xeberler bugun son xeberler bugun 2026 canli cəbhədən canlı