İdmançımız atçılıq üzrə beynəlxalq yarışın qalibi oldu

İdmançımız atçılıq üzrə beynəlxalq yarışın qalibi olduAzərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında qalib gəlib.
KONKRET.az xəbər verir ki, 4 gün davam edən yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5 – 7 yaş) arasında təşkil olunan turda 4 qızıl, böyük atlar arasında turda ("Qızıl Tur") isə 2 qızıl və 1 bürünc medala sahib çıxıb.
Yekun nəticələrə əsasən, Azərbaycan MDB dövlətləri arasında "Maksima Masters" çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.
Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 % göstərici ilə ikinci yeri tutub.
Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.

İdman       Tarix: 08 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

 "Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı 

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. "Ağ-qaralar"ın heyətind

"Qarabağ" 4500 manat cərimələndi

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşm

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb. xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı cinah oyunçusu UEFA Millətlə

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

Batrakovun transfer qiyməti açıqlandı

"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. -a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçe

"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı 

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq. xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundak

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər maraqlı xəbərlər en sonxeber valyuta mezennesi 2026