III Qarabağ savaşını II Tovuz hadisələri ilə əvəzləyəcəklər? - TƏHLİL

III Qarabağ savaşını II Tovuz hadisələri ilə əvəzləyəcəklər? - TƏHLİLErmənilərin Basarkeçər istiqamətindən Kəlbəcərdəki Azərbaycan mövqelərini atəşə tutması vaxtaşırı xarakter almaqdadır. Sadə vətəndaşlar bunu Kəlbəcərdəki qızıl yataqları ilə əlaqələndirir. Politoloqlar isə növbəti erməni təxribatı, Zəngəzur dəhlizinə əngəl olmaq cəhdi, status-kvonu saxlamaq, sülhün imzalanmasını yubatmaq kimi dəyərləndirirlər.
KONKRET.az xəbər verir ki, Ermənistanla sərhəddəki gərginlik azərbaycanlıların Laçın yolunda keçirdiyi etiraz aksiyası ilə də bağlıdır. Çünki mitinqə görə onların Xankəndiyə silah daşımaq qanunsuzluqlarında fasilə yaranmış olur. Hər halda belə mənzərə yaranıb.
Amma sən demə ermənilərin BMT və Avropada saçyoldu ilə fəğan etdikləri təcili yardım maşınları da silah daşıyırmış. Bundan başqa, qondarma rejim rus sülhməramlılarının qarşısında belə bir tələb qoyub:
"Bizim icazəmiz olmadan azərbaycanlıları Qarabağın dağlıq hissəsinə buraxmayın".
Burada deyiblər də – "yersiz gəldi, yerli qaç". Gəmiyə minib gəmiçilə dalaşmaq kimi deyimlər elə ermənifason siyapırlara görə yaranıb. Bunlar özlərini hazırda qondarma şəkildə yaşadıqları zonanın köklü əhalisi sayır və uydurmanı dünyaya sırımaqla məşğuldurlar. Ona görə də bəzən rəsmi Bakının xatırlatmaları yerinə düşür. Elə xarici işlər nazirliyinin bu məlumatı kimi:
"Dağlıq Qarabağ əhalisi" anlayışı mövcud deyil. Keçmiş "Dağlıq Qarabağ"ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir".
Politoloq Yeganə Hacıyeva da bugünlərdə Qarabağın ermənilər yaşayan hissəsinin əhali sayı ilə bağlı maraqlı memuar bölüşüb. Xankəndi barədə yazan ekspert rəsmi dairələrdə bu şəhərin azərbaycanlı əhalisinin sayının nə üçün olduğundan az göstərilməsi sualı ilə gileylənib. I Qarabağ savaşından sonra 23 min deyilirdisə, bəs hazırda niyə 5-12 min nəfər qeyd olunur? Doğrudan da, Xankəndi camaatının çoxu 2000-ci ildəki Bakı zəlzələsində, yoxsa 2020-də gurlaşan koronavirusdan sonra öldü? Yəni bunu təsəvvür etmək belə, həm yersiz, həm də gülüncdür. Bəs onların sayı artmalı olan halda, niyə azalır?
– Rusiyanın Azərbaycandakı 5-ci kolonu ilə erməni qarışığı olan məmurların işidir.
Azərbaycanda erməni çoxdur və onlar arasında yüksək post tutmuşlar da olub, hazırda vəzifədə qalanlar da az deyil. Amma Ermənistan monoetnikdir. Yəni orada 1 nəfər də azərbaycanlı yoxdur ki, Bakı üçün çalışsın. Balans bizim xeyrimizə pozulmayıb. Heç atəşkəsi də biz pozmuruq.
– Ermənilərin Xankəndiyə silah daşınmasının qarşısı alınmayıb;
– Rusiyanın Ermənistandakı ikinci hərbi bazasının təmiri yekunlaşmaq üzrədir.
Bu hərbi hissə Azərbaycanın Tovuz rayonuna yaxın ərazidə yerləşir. Deyəsən, ermənilər ikinci Tovuz hadisələrinə hazırlaşır və iki il öncəki itkilərinin əvəzini çıxmaq üçün Rusiyanın hərbi hissəsinə sığınacaqlar. Ola bilsin ki, III Qarabağ müharibəsi planı II Tovuz hadisələri ilə əvəzlənsin. Belə olan halda Rusiya bütün dünyaya isbatlamış olacaq ki, Qarabağdakı sülhməramlı missiyanın müddətini uzatmaq lazımdır. Çünki Ermənistan-Azərbaycan gərginliyi azalmayıb və Qarabağdakı dinc sakinlərin həyat təhlükəsizliyi təmin olunmalıdır.
II Tovuz hadisələri ilə bağlı daha bədbin proqnozlar da mövcuddur:
– Ermənilər rusların köməyilə Mingəçevir SES-i vurub Azərbaycanı qaranlığa qərq etməyə çalışacaq;
– Rusiyanın Ermənistandakı raketləri Gürcüstandan keçən neft-qaz kəmərlərimizə tuşlanacaq.
Bununla da Kreml həm Azərbaycanın Rusiyadan iqtisadi asılılığını artıracaq, həm də Avropadan "Şimal Axını", sanksiyaların intiqamını alacaq. Hər halda Bakı bütün təhlükələri önləmək üçün Türkiyə və Gürcüstanla hərbdən tutmuş, siyasətəcən əməkdaşlığı möhkəmləndirir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 23 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar