İki boksçumuz dünya çempionatında növbəti mərhələyə keçdi
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir.
Federasiyadan KONKRET.az-a verilən məlumata görə, mundialın 7-ci günündə Azərbaycan millisinin 4 idmançısı gücünü yoxlayıb.
51 kq çəkidə Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb.
Yusifzadə 1/8 finalda Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq. Məhəmməd Abdullayev (+92 kq) də mundialda növbəti qələbəsini qazanıb. O, 1/8 finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28).
Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na təsadüf edəcək.
Ümid Rüstəmov üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) mübarizə aparıb. Qələbə qazanan rəqib 1/4 finala yüksəlib. Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və 1/8 finala rəqib vəsiqə qazanıb.
Qeyd edək ki, yarışın 8-ci günündə Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi