İki sərbəst güləşçimiz yarımfinala YÜKSƏLDİ
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.
KONKRET.az xəbər verir ki, 57 kq-da Ruslan Abdullayev, 70 kq-da isə Cavidan Əhmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Tolqa Özbek və İbrahim Yaprakla qarşılaşacaqlar.
Bu gün xalça üzərinə çıxan digər sərbəst güləşçilərdən 65 kq-da Ramik Heybətov ermənistanlı Andranik Avetisyana, 79 kq-da Sadiq Mustafazadə gürcüstanlı Otari Adeişviliyə, 97 kq-da isə Zəfər Əliyev ukraynalı İvan Primaçenkoya uduzub. Rəqibləri finala adlasalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar. Yığma komanda hesabında Avropa çempionu olub.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi