"İki və ya üç oyunçu transfer etmək istəyirik" - Qurban Qurbanov

"Danışıqlar apardığımız bir neçə futbolçu var. İki və ya üç oyunçu transfer etmək istəyirik".
 report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" qala mərasimində jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, bəzən transfer məsələləri düşündükləri kimi alınmır:
"İstənilən halda, yenə də işimizi davam etdirəcəyik".
Onun sözlərinə görə, son günlər Kadi Borges və Marko Veşoviçlə bağlı xəbərlərin yayılmasında səbəbkar özüdür:
"İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm. Bəzən bir futbolçu ilə müqavilə bağladıqda, oraya oyunçunun özü və ya agenti tərəfindən hansısa bənd qoyulur ki, bu da müəyyən səlahiyyətləri klubun əlindən alır. Belədə gedən futbolçunun qarşısını ala bilmirik. Hər bir halda yenə də ümumi danışıqlarımız gedir".
Təcrübəli baş məşqçisi braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb:
"Təkcə "Krasnodar" yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək".
Qurbanov özünə də bəzi təkliflərin gəldiyini gizlətməyib:
"Futbolçularla maraqlandıqları kimi, mənə də agentlər tərəfindən çıxışlar olur. Müəyyən təkliflər irəli sürürlər. Amma mən "Qarabağ"a bağlı insanam".
İlin yekunlarını da dəyərləndirən mütəxəssis bunları söyləyib:
"2022-ci ili idman ili adlandırmaq olar. Bütün növlərdə çox yaxşı nəticələr qazanıldı. Futbola gəldikdə, bəlkə də Azərbaycanda "idmanın şahı"nın ən yaddaqalan ili oldu. "Qarabağ" olaraq, Çempionlar Liqasının təsnifat mərhələsindəki bütün oyunlarımız çox gərgin və maraqlı alındı. Avropa Liqasının pley-off mərhələsinə düşmək üçün son anadək şansımız var idi. Bütün matçlarda ajiotaj oldu. Azarkeşlər təkcə stadionda deyil, bildiyim qədərilə, kinoteatrlarda, küçələrdə, monitorlarda bizim oyunlarımızı izləyirdilər. Bu, mənə çox xoş təsir bağışladı. Bu il həm çempionluğu, həm ölkə kubokunu qazanmaq, həm də minimum Avropa Liqasının qrupuna düşmək bizim üçün yaxşı nailiyyət oldu. Təcrübəmiz daha da çoxaldı. Yadda qalan il oldu". / konkret.az

İdman       Tarix: 27 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər son xəbərlər hava durumu cebheden xeber