İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır
Azərbaycan və Ermənistan arasında sərhəd bölgələrində delimitasiya və demarkasiya prosesi davam edir. Prosesin bu mərhələsi, gözlənildiyi kimi, Qazax bölgəsindən başladı. Bu qərar həm siyasi, həm də praktiki baxımdan gözlənilən idi, çünki Qazax və Naxçıvan ərazilərində Azərbaycanın anklav kəndləri mövcuddur.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsinin ikinci mərhələsində Kərki məsələsi ilə bağlı diqqətçəkən məqamlar var:
"Delimitasiya və demarkasiya çərçivəsində artıq Qazax bölgəsindəki dörd kənd Azərbaycana qaytarılıb. İndi isə digər kəndlərin də Azərbaycana qaytarılması prosesi davam edir. Prezident İlham Əliyev daha əvvəl mətbuata verdiyi açıqlamada bu prosesin iki mərhələdən ibarət olduğunu vurğulamış və ilk mərhələnin həyata keçirildiyini bildirmişdi.
Hazırda ikinci mərhələnin Qazaxdan başlayaraq İran sərhədinə qədər davam etməsi gözlənilir. Bununla yanaşı, Zəngəzur dəhlizi məsələsinin bu prosesdən ayrıldığı ehtimal edilir. Prosesin nəticəsində Azərbaycanın Zəngilandan keçən sərhədlərinin bərpa edilməsi planlaşdırılır, lakin Kərki ilə bağlı məsələ hələlik son mərhələ olaraq qalır".
Ekspertlərin fikrincə, Kərkidən keçən yolun Ermənistanın İranla əlaqəsində mühüm rol oynaması Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin daha geniş kontekstdə davam etdiriləcəyini göstərir. Beləliklə, Kərki məsələsi Zəngəzur dəhlizi ilə paralel şəkildə müzakirə oluna bilər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var