İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Yay aylarında ilanların aktivliyi artır və bu da təbiətdə, bağ sahələrində və su hövzələri yaxınlığında ilan sancması riskini yüksəldir.
KONKRET.azxəbər verir ki, həkim Yevgeni Kosmin ilan sancması zamanı ilk yardımın necə göstərilməli olduğunu və hansı səhvlərin ağır fəsadlara səbəb ola biləcəyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hər il dünyada 138 minə qədər insan ilan sancması nəticəsində həyatını itirir. Ölüm halları hər yerdə geniş yayılmasa da, nekroz, toxuma zədələnməsi və qanın laxtalanma pozğunluqları kimi ciddi ağırlaşmalar baş verə bilər. İlan zəhərlənməsinin effektiv müalicəsi yalnız xüsusi zəhər əleyhinə serumla mümkündür.
İlk yardım necə göstərilməlidir?
Həkim ilan sancması zamanı aşağıdakı addımları tövsiyə edir:
– Dərhal təcili tibbi yardım çağırın.
– Zərərçəkəni uzadaraq sakit vəziyyətdə saxlayın.
– Sancılan ətrafı mümkün qədər hərəkətsiz vəziyyətdə saxlayın.
– Üzük, bilərzik və digər sıx əşyaları çıxarın.
– Yaranı təmizləyib steril sarğı ilə örtün.
– Mümkünsə, ilanın rəngini və görünüşünü yadda saxlayın. Bu məlumat həkimlərin uyğun zəhər əleyhinə serumu seçməsinə kömək edə bilər.
İlan sancması zamanı bu 5 səhvi etməyin
Həkim aşağıdakı yanlış müdaxilələrin təhlükəli olduğunu vurğulayır:
– Turniket bağlamayın. Bu, qan dövranını pozaraq toxuma nekrozuna, hətta amputasiyaya səbəb ola bilər.
– Zəhəri sormayın və yaranı kəsməyin. Bu üsullar zəhərin cüzi hissəsini xaric etsə də, infeksiya riskini artırır.
– Buz tətbiq etməyin. Soyuq toxuma zədələnməsini daha da ağırlaşdıra bilər.
– Alkoqol qəbul etməyin. Bu, zəhərin orqanizmdə yayılmasını sürətləndirə bilər.
– Həkim məsləhəti olmadan ağrıkəsici və ya digər dərmanlardan istifadə etməyin. Bu, həm klinik əlamətləri dəyişdirə, həm də müalicəni çətinləşdirə bilər.
Mütəxəssisin sözlərinə görə, ilan sancması zamanı ən vacib addım zərərçəkəni mümkün qədər tez tibb müəssisəsinə çatdırmaq və özbaşına müdaxilələrdən çəkinməkdir./E-saglam.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA