İlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1" yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verib.
Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.
Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayonu ərazisində "Buzovna-1" yarımstansiyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.
Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, "Azərişıq" ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.
Prezident İlham Əliyev "Buzovna-1" yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Ağıllı şəbəkə konsepsiyası" əsasında görülmüş işlər barədə də məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.
İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəbəkə" konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

İlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEOİlham Əliyev Bakıda yarımstansiyanın açılışında - FOTO - VİDEO

Siyasi       Tarix: 15 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumu

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycan İslamabadda İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsini təklif edib

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayənd

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Yaponiyaya dəstək, İrana təzyiq: ABŞ-ın pərdəarxası siyasəti

ABŞ-ın Yaponiyanın nüvə imkanlarından müdafiə məqsədilə istifadə etməsinə müsbət yanaşdığı halda, İranın nüvə proqramına qarşı sərt mövqe sərgiləməsi beynəlxalq müstəvidə müzakirələrə səbəb olur. Vaşinqtonun bu iki ölkəy


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar cəbhədən son vəziyyət sonxeber az kriminal bugun