İlham Əliyev: Bəzi ölkələrin yürütdüyü "vaksin milliyətçiliyi" siyasətinə səssiz qalmadıq
Biz bəzi ölkələrin yürütdüyü "vaksin milliyətçiliyi" siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.
azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür".

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib