İlham Əliyev: "İrəvanın ermənilər tərəfindən dağıdılmış tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi"
"İndi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur – bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, – indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir, haradadır bunun tarixi mərkəzi?"
KONKRET.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.
Dövlət başçısı deyib: "İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə – Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır".
Kurslar.az kurslar [newsid: 0-123300]

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra