İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi

İlham Əliyev Kayrat Sarıbayı qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
KONKRET.az xəbər verir ki, Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirdi. Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd etdi. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğuladı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını dedi. O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirdi.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd etdi. Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulandı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu dedi. Prezident İlham Əliyev ölkəmizin sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirdi. Dövlətimizin başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırdı.
Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq, bu münasibətlə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımı tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxundu.

Siyasi       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün apa.az xeberler en yeni xeberler dunya xeberleri