İlkin onu qınayanlara cavab verdi

İlkin onu qınayanlara cavab verdi"Və gözlənilən şərhlər yağdı: "Dostunu nə tez unutdun?", "O qədər yaxın idi, indi necə gülə bilirsən?" və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam".
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb.
O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib:
"Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu. 
Məncə, dostum mənim göz yaşlarımı yox, gücümü, gülümsəməmi görmək istərdi. Bilin ki, kimisə unutmamaq üçün onu hər an matəm kimi yaşamaq da məcbur deyil. Həyat davam edir, çünki həyat dayanmır. Bu paylaşım da, Cem də, tədbir də, həyatın özü də onun xatirəsinə əlavə etdiyim yeni bir parça kimidir. Axı paylaşımda da qeyd etmişdim ki, bəzən həyatın qayğıları arasında belə anlar insanın ruhunu yenidən doğurur. Bəlkə də siz hər şeyin gözlə görünən tərəfinə baxırsınız. Amma əmin olun, qəlbinizi dinləsəniz, hər birimizin içində keçməyən yaraların izlərini görə bilərsiniz. Bu, mənim gerçəkliyimdir və bu gerçəklikdə 40 gün 40 gecə yas saxlamaq standartları yoxdur. Siz eləsinizsə heç kimi elə olmağa məcbur edə bilməzsiniz. Xahiş edirəm, imkan verin, dostumun ruhunu şad edim. Sevgi ilə qalın!".

Şou Biznes       Tarix: 21 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda xeber.az kriminal xeberler cəbhədən son xəbərlər 2026