İmtahan nəticələri açıqlandı - bir nəfər yüksək nəticə göstərib

İmtahan nəticələri açıqlandı - bir nəfər yüksək nəticə göstəribDövlət İmtahan Mərkəzi mayın 5-də keçirdiyi imtahanların nəticələri elan edib.
azxeber.com xəbər verir ki, həmin imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.
1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən 
 öyrənə bilərlər.
4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən 
 istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11 948 nəfərdən 1335 nəfər imtahana gəlməyib. İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək 
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (
) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Sosial       Tarix: 22 may 2024
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan"

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun butun xeberler xəbər xeberler azerbaycan