"İndiki halda liderlərin görüşünə lüzum yoxdur, Qriqoryanın fikirləri ciddiyyətdən uzaqdır" - AÇIQLAMA

44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan sülhün bərpa olunmasında israrlı tərəf kimi çıxış edir. Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu barədə öz fikirlərini açıq şəkildə bəyan edib. Ermənistan isə həmin müddət ərzində müxtəlif təxribatlara əl atmaqla prosesi yubadır. Bu günlərdə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilə biləcəyini deyib. O, bildirib ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə bu görüşün baş tutacağına ümid var.
Bəs görəsən, yaxın günlərdə Paşinyan-Əliyev görüşü gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-ın sualını politoloq Oqtay Qasımov cavablandırıb. O bildirib ki, Brüsssel görüşündə tərəflər konkret məsələlər üzrə razılaşıb: "İlk növbədə Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü beş prinsipi Ermənistan tərəfi qəbul etdi. Bu barədə Nikol Paşinyan Brüsseldən qayıtdıqdan sonra parlamentdəki çıxışı zamanaı məlumat verdi. Qriqoryan bildirir ki, Ermənistanın da öz növbəsində 6 bəndlik təklifləri var. Həmin təkliflərin içərisində Qarabağda yaşayan ermənilərin təhülkəsizliyi və status məsələləri yer alır. Bu məsələlər növbəti mərhələdə müzakirə olunacaq. Paşinyan bizm şərtlərimizi qəbul edib. Azərbaycanın irəli sürdüyü beş bəndlik təkliflər Avropa İttifaqı tərəfindən də dəstəklənir. Sülh danışıqlarının aparılması ilə bağlı Azərbaycan tərəfi xüsusi komissiya yaradıb. Lakin Ermənistan hələ də konkret addım atmaq istəmir. Bunun üçün müxtəlif bəhanələr irəli sürülür".
Politoloq əlavə edib ki, indiki halda liderlərin görüşünə lüzum yoxdur: "Hesab edirəm ki, ölkə rəhbərlərinin görüşüb həll etməli olduğu məsələlər Brüsseldə ətraflı müzakirə olunub. Bu mənada liderlərin növbəti görüşünə qədər işçi qrupu müzakirələr aparmalıdır. Müəyyən mərhələyə çatdıqdan sonra dövlət rəhbərlərinin görüşü vacib olacaq. Tərəflər arasında yalnız o zaman görüş baş tuta bilər. Hər kiçik məsələ üçün liderlər görüşə bilməz. Bu mənada Armen Qriqoryanın fikirləri dolaşıq və  ciddiyətdən uzaqdır. İşçi qrupları konkret nəticəyə gəlməlidir ki, onların səlahiyətini aşan məsələlər liderlərin görüşünə daxil edilsin. Lakin biz indiyə kimi intensiv görüşlərin və müzakirələrin şahid olmamışıq. Belə olan halda may ayı ərzində Paşinyanla İlham Əliyevin görüşünə ehtiyac olmadığını düşünürəm".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 06 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat cəbhədən son xəbərlər 2026 sonxeber cəbhədən xəbər