İnfeksionist: "Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var" - MÜSAHİBƏ + FOTO

İnfeksionist: İnfeksionist: "Ölkəmizdə hazırda COVID-19 ilə yanaşı, qızılca riski də var" - MÜSAHİBƏ + FOTO
"Hazırda ölkəmizdə COVID-19 ilə yanaşı, qızılca təhlükəsi var".
Bu sözləri Oxu.Az-a müsahibəsində infeksionist Vasif Əliyev deyib.
İnfeksionist: Müsahibəni təqdim edirik:
- Vasif bəy, son həftə ərzində COVID-19-a yoluxma sayında artım müşahidə olunur. Sizcə, bu nə ilə əlaqəlidir?
- Qış aylarında olmağımız respirator infeksiyalara yoluxma riskini artırır. Bəlkə də, real yoluxma sayı statistik göstəricilərdən daha çox ola bilər. Sadəcə, insanlar buna qrip deyib, ciddi fikir vermirlər. Hamı gedib testdən keçmir. Konkret statistikanı vermək çətindir. Ölkəmiz üçün bir həftə ərzində 17 yoluxma elə də ciddi deyil. Ancaq növbəti aylarda virusa yoluxanların sayında artım müşahidə oluna bilər.
- Peyvənd olunanların sayı da azalıb. Səbəb artıq hər kəsin xəstəliyə yoluxub, sağalması ola bilərmi? Bu səbəbdənmi artım müşahidə olunur?
İnfeksionist: - Bəli, peyvənd olunanların sayı azalıb. İnsanlar düşünürlər ki, peyvənd, sadəcə, xəstəliyin aktual olduğu zamanda vurulur. Hazırda hansısa riskin olduğunu düşünmürlər. Ona görə peyvənd olunan insanların sayı azalıb. Başqa səbəblər də var. İnsanların əksəriyyətinin pandemiyanın əvvəlində peyvənd vurdurmasını, həm xəstəliyə yoluxub-sağalmasını, həm də xəstəliyin fəsadlarının zaman keçdikcə zəifləməsini misal gətirmək olar.
- Qarşıdan Yeni il bayramı gəlir. Kütləvi toplantılar qaçılmazdır. Virusa yoluxma sayı arta bilərmi?
- Əlbəttə, virusa yoluxma arta bilər. Qorunmaq lazımdır. Hazırda COVID-19 ilə yanaşı, qızılca riski var. Və bunun təhlükəsi daha yüksəkdir. Qızılca COVID-19-dan daha yoluxucudur. Qızdırması və səpgisi olanlar evdən çıxmamalı, maska taxmalıdırlar. Xəstəlikdən qorunmaq üçün ara məsafəsinə diqqət etməlidirlər.
-  Ölkədəki epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda epidemioloji vəziyyəti əvvəlki dövrlərə nisbətən daha normal qiymətləndirirəm.
- Yeni ştammın (JN.1) ölkəmizdə peyda olması gözlənilirmi?
- Dünyadakı vəziyyəti yaxından izləyirik. Əgər dünyada belə təhlükə yaranarsa, Ümumdünya Səhiyyə Təşkilatı hər hansı bir ştammın ciddi xəstəliyə səbəb olacağını göstərərsə, virusun ölkəmiz üçün təhlükəli olub-olmayacağını öncədən analiz edərik. Fikirlərimizi bölüşərik.
- COVID-19-un bir neçə dəfə mutasiyaya uğradığını müşahidə etdik. Hər mutasiya ilə virus sanki bir az zəifləyir, artıq xəstəliyi bəziləri adi qrip kimi keçirirlər. Lakin ağırlaşmalar da müşahidə olunur.
- Hər bir virus mutasiyaya uğrayır. Amma bu mutasiya bəzən daha yoluxucu olmağı ilə yanaşı, yüngül fəsadları da ola bilər. Hazırkı mutasiyanın ciddi xəstəliyə səbəb olacağını düşünmürəm.
-  Qrip əleyhinə peyvəndlər vurulur. Koronavirusa təsirləri ola bilərmi? Qrip peyvəndlərinin koronavirusa qarşı qoruyucu effekti varmı?
İnfeksionist: - Qrip və ya qızılcaya qarşı vurulan peyvəndin koronavirusa təsiri yoxdur. Bunlar spesifik peyvəndlərdir. Sadəcə, xəstəlikdən qoruyur.
Xatırladaq ki, Azərbaycanda son bir həftə ərzində (04.12.2023-10.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.
Son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub.
Nəzrin Vahid

Maraqlı       Tarix: 27 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun