"İnkluziv təhsil: inkluziv təhsilə pedaqoji, tibbi və psixoloji yanaşma – 3" adlı konfrans keçirildi - FOTOLAR
4 aprel 2026-cı il tarixində AHƏNG Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi və Məlhəm Beynəlxalq Hospitalının birgə təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı ilə "İnkluziv təhsil: inkluziv təhsilə pedaqoji, tibbi və psixoloji yanaşma – 3" adlı konfrans keçirilib.
Konfransda həkimlər, psixoloqlar və pedaqoqlar spiker qismində çıxış edib, inkluziv təhsilin müxtəlif aspektləri üzrə fikirlərini bölüşüb, mövzu ətrafında geniş və faydalı müzakirələr aparılıb. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə millət vəkili Vüqar İskəndərov çıxış edərək inkluziv təhsilin inkişafı və bu sahədə həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Konfransın açılış mərasimində AHƏNG Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova və Məlhəm Beynəlxalq Hospitalının icraçı direktoru, eyni zamanda İCMA-nın İdarə Heyətinin üzvü Sevda Əlizadə çıxış edərək tədbirin məqsədi və inkluziv təhsilin cəmiyyət üçün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.







/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb