"İnsanlar bəzən bir dəqiqənin ərzində cəriməyə məruz qalırlar" - Deputat

Son günlər insanlar arasında yollarda avtomobillərin hərəkəti üçün paytaxtın bir çox küçə və prospeklərin yol göstərici xətlərinin çəkilməsinə dair şikayətlər artmaqdadır. Xətlər mərkəzi küçələri ilə yanaşı, yaşayış binalarının həyətlərində də çəkilir. Belə olduğu halda insanlara boş yerə cərimələr tətbiq olunur. İnsanlara yerli-yersiz  cərimə yazan qurum isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). 
AYNA-nın insanlarda ciddi narazılıq yaratması ilə bağlı məsələyə toxunan Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında deyib ki, şəhərdə tıxac, dayanma, durma məsələləri elə vəziyyətdədir ki, verilən istənilən qərarın həm müsbət, həm də mənfi tərəfləri olur:
"AYNA əslində çalışır ki, şəhərdə nəqliyyatla bağlı nizam-intizam yaratsın, bəzi hallarda müsbət niyyətlə atılmış addım mənfiyə çevrilir. Belə hallarda isə, AYNA həmin məsələ ilə bağlı da gərək yubanmadan addımlar atsın. 
Şikayətlər bizə də göndərilir, zənglər olunur, narazılıq xüsusilə cərimələrin yazılması ilə bağlıdır. Cərimələrin yazılması ilə bağlı ilk növbədə AYNA tərəfindən ən azı iki-üç dəfə xəbərdarlıq olunmalı və sonra cərimə yazılmalıdır. Çünki qayda pozuntuları heç də hər zaman məsuliyyətsizlikdən edilmir. İnsanlar bəzən bir dəqiqənin ərzində cəriməyə məruz qalırlar. Adam aptekə düşə bilər, xəstəsi ola bilər və s. Ona görə də cərimə yazmadan öncə ən azı beş-on dəqiqə gözləmək lazımdır.  
Elə anında cərimələyib çıxıb getmək də çıxış yolu deyil, çünki ciddi sosial narazılıq yaradır. Uzun müddət şəhərdə nəqliyyat məsələləri tənzimlənməyib. Bu işlərə iki ilə yaxındır ki, başlanılıb və yəqin ki, tam sistemin qurulması üçün bir neçə il də lazım gələcək. Bu müddət ərzində isə gərək AYNA-da sürücülərə güzəşt getsin".  / azxeber.com

Sosial       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə novruz bayramı son.xeberler valyuta məzənnələri