iPhone-nun satışı azaldı - SƏBƏBLƏR
2024-cü ilin yanvar-mart aylarında "Apple" smartfonlarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 9,6% azalıb.
KONKRET.azxəbər verir ki, bu barədə "International Data Corporation" (IDC) tədqiqat şirkəti hesabat yayıb.
Hesabata görə, bu dövrdə 50,1 milyon iPhone satılıb (2023-cü ilin birinci rübündə 55,4 milyon), şirkətin bazar payı 17,3% təşkil edib.
Şirkətin fəaliyyəti Çində satışların azalması səbəbindən pisləşib. Qeyd edək ki, 2023-cü ildə bu ölkənin hakimiyyət orqanları milli təhlükəsizlik səbəblərini əsas gətirərək bəzi dövlət işçilərinə iş yerində iPhone və digər xarici cihazlardan istifadə etməyi qadağan edib.
"Apple" növbəti dəfə ən böyük smartfon istehsalçıları reytinqində birinci yeri "Samsung"a uduzub. Cənubi Koreya şirkətinin satışları 0,7%, bazar payı 20,8% azalaraq 60,1 milyon cihaz təşkil edib.
2024-cü ilin birinci rübündə üçüncü yerdə 40,8 milyon smartfon tədarük edən və bazarın 14,1%-ni tutan Xiaomi qərarlaşıb. İlk beşliyə həmçinin Chinese Transsion (28,5 milyon smartfon, 9,9%) və Oppo (25,2 milyon, 8,7%) daxil olub. Transsion satışları 85%, Xiaomi – 33,8% artıb.
Ümumilikdə ilin ilk üç ayında 289,4 milyon smartfon satılıb ki, bu da bir il əvvəlkindən 7,8% çoxdur.
Apple 30 ildən çoxdur ki, Çində fəaliyyət göstərir; Sinxua agentliyinin verdiyi məlumata görə, şirkətin 200 əsas təchizatçısından 151-i bu ölkədə istehsal fəaliyyəti ilə məşğuldur. Mart ayında Apple Şanxayda yeni mağaza açıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu