İpoteka götürmək istəyənlərə şad xəbər - AÇIQLAMA

İpoteka götürmək istəyənlərə şad xəbər - AÇIQLAMASon günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçılar üçün kredit şərtləri və bankların yaş məhdudiyyətləri ətrafında aparılır. Bəs bu iddiaların reallıq payı nə qədərdir? Azərbaycanda 70 yaşdan yuxarı şəxslərə hansı hallarda kredit verilməsi mümkündür və banklar bu zaman hansı meyarları əsas götürür?
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə kreditlərin 73 yaşa qədər verilməsi ilə bağlı praktika mövcuddur:
"Bəzi banklarda bu yaş həddinə qədər kredit verilməsi tətbiq olunur və bəzi hallarda zaminlik və ya həyat sığortası tələbi qoyulmur. Bunun əsas səbəbi odur ki, vətəndaş pensiyasını həmin bank vasitəsilə alır və aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, kreditin pensiya aldığı bank tərəfindən verilməsi normal praktikadır. Lakin ekspert kimi qeyd etmək lazımdır ki, bu cür hallarda əlavə təminat mexanizmlərinin olması daha məqsədəuyğun olardı. Məsələn, ya həyat sığortası, ya da ən azı bir zamin tələb edilməsi risklərin azaldılması baxımından vacibdir. Çünki orta ömür müddətini nəzərə alsaq, 70-75 yaşdan yuxarı şəxslərdə risklər daha yüksəkdir. Təbii ki, burada məqsəd heç kimin ölüm riskini öncədən qəbul etməsi deyil, lakin maliyyə baxımından risklərin idarə olunması zəruridir. Kiçik məbləğdə həyat sığortası və ya əlavə təminat mexanizmi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə şərait yarada bilər. Bu yanaşma həm bankların risklərini azaldar, həm də kreditlərin davamlı və sabit şəkildə verilməsinə imkan yaradar".
O deyib ki, bu model banklar üçün əlavə gəlir mənbəyi kimi də qiymətləndirilə bilər:
"Digər tərəfdən, bu kreditlərdən istifadə edən şəxslər də dolayısı ilə öz ailə üzvlərinə və yaxınlarına müəyyən maliyyə dəstəyi təmin etmiş olurlar. Əgər bu model istehlak kreditləri üzrə özünü doğruldarsa və effektiv nəticə göstərərsə, onun digər kredit seqmentlərinə də tətbiqi mümkündür. Məsələn, ipoteka kreditləri üzrə yaş həddinin artırılması da müzakirə oluna bilər. Hazırda ipoteka kreditləri adətən 65 yaşa qədər nəzərdə tutulur. Lakin sığorta mexanizmi tətbiq edilməklə bu yaş həddini 75 yaşa qədər artırmaq mümkündür. Kredit müddətinin uzadılması isə aylıq ödənişlərin azalmasına səbəb ola bilər və bu da borcalanlar üçün daha əlçatan şərtlər yaradar. Bundan əlavə, kredit məbləğinin artırılması da mümkündür. Məsələn, 150 min manatlıq limitin 200 min manata qədər yüksəldilməsi daha geniş maliyyə imkanları yarada bilər. Ümumilikdə, bu yanaşma pilot layihə kimi tətbiq edilə bilər. Əgər nəticələr müsbət olarsa, daha sonra digər kredit növlərinə də şamil edilə bilər və maliyyə sektorunda daha çevik və əlçatan kredit siyasətinin formalaşmasına şərait yarada bilər".  / azxeber.com

Sosial       Tarix: 09 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026