İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

İpoteka ilə ev almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏRAzərbaycanda ipoteka kreditlərinin maksimal məbləğinin 50 min manat artırılması təklif olunur.
Bu təklif Milli Məclisin deputatı Vüqar Bayramov tərəfindən parlamentin plenar iclasında səsləndirilib.
Deputat çıxışı zamanı güzəştli ipoteka kreditlərinin mövcud şərtlərini və bazar tələblərini nəzərə alaraq dəyişikliklərin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə əlavə 100 milyon manat vəsait ayrılacaq. Bu vəsait əsasən sosial ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək. Dövlət dəstəyi nəticəsində 2025-ci ildə təxminən 5 min vətəndaş ipoteka hesabına mənzil sahibi ola biləcək.
Hazırda güzəştli ipoteka kreditləri maksimal 100 min manat məbləğində, illik 4 faiz dərəcəsi ilə 30 il müddətinə təqdim olunur. Lakin mövcud bazar qiymətlərini nəzərə alaraq, bu məbləğin artırılması daha məqsədəuyğun olardı. Güzəştli ipoteka kreditlərinin maksimal məbləğinin 100 min manatdan 150 min manata qədər yüksəldilməsini təklif edib.
Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin artması mənzil əldə etməyi çətinləşdirib. Xüsusilə, gənc ailələr və sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün mövcud ipoteka məbləği kifayət etmir. Bu baxımdan, ipoteka kreditlərinin yuxarı həddinin artırılması vətəndaşların mənzil alma imkanlarını genişləndirə bilər.
Deputatın təklifinin reallaşması, xüsusilə, mənzil almaqda çətinlik çəkən gənc ailələr və sosial qruplar üçün ciddi dəstək ola bilər. Bu dəyişiklik ipoteka kreditlərinin əlçatanlığını artırmaqla yanaşı, daşınmaz əmlak bazarına da müsbət təsir göstərə bilər. Hazırda bu təklifin hökumət tərəfindən necə dəyərləndiriləcəyi və reallaşacağı ilə bağlı müzakirələr davam edir.
Baku.ws / azxeber.com

İqtisadiyyat       Tarix: 10 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" v

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 00 AZN-də

Qızıl sürətlə ucuzlaşacaq

İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 50

City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka

Bakının mərkəzində mənzil axtaranlar üçün əsasmeyarlar yalnız qiymət və otaq sayı ilə məhdudlaşmır. Əlverişli yerləşmə, genişyaşıllıq sahələri, təmir keyfiyyəti və uyğun ödəniş şərtləri də seçim zamanımühüm rol oynayır. "Kristal"ı

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az axsam.az xeberler son xabarlar xeberler bu gun