İpotekaya yararlı yeni mənzillər satışa çıxarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb.
azxeber.com nazırliyə istinadən xəbər verir ki, mənzillərin kvadratmetr qiyməti 435-830 manat intervalında müəyyən edilib.
Paytaxt Bakının Ümid qəsəbəsində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərindəki bu mənzillərin hər biri aşağıdakı xüsusiyyətlərə malikdir:
- 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb,
- Çıxarışı mövcuddur, ipoteka krediti vasitəsilə əldə etmək üçün uyğundur.
Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında əldə edilə bilər. Mənzili həmin portalda "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.
Hər bir mənzili maksimum 3 nəfər bron edə bilər. Əgər ilk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə bron etmiş digər şəxsə ötürülür.
Mənzili bron edərək satın alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb