İqtisadçıdan xəbərdarlıq: Hörmüz qərarı enerji bazarını sarsıda bilərdi, amma
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yüklərə 20 faizlik rüsum tətbiq edilə biləcəyi ilə bağlı səsləndirdiyi fikir qlobal enerji bazarlarında ciddi müzakirələrə səbəb olmuşdu. Lakin qısa müddət sonra bu təşəbbüsdən imtina edilməsi bazarlarda mümkün risklərin qarşısını aldı.
Bəs belə bir qərar qüvvədə qalsaydı, dünya enerji bazarına hansı təsirləri göstərə bilərdi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, sözügedən qərar faktiki olaraq tətbiq edilməyib:
"Belə bir üsul tətbiq olunmadı. Təxminən 2-3 gün əvvəl bununla bağlı bəyanat verilmişdi. Daha sonra isə həmin qərardan imtina edildi.
Əgər belə bir rüsum qüvvəyə minmiş olsaydı, Hörmüz boğazından keçən neft və mayeləşdirilmiş təbii qaz daşımalarının maya dəyəri artacaq, bu isə dünya bazarında enerji qiymətlərinə əlavə təzyiq yaradacaqdı".
Onun fikrincə, nəqliyyat və sığorta xərclərinin yüksəlməsi xüsusilə enerji idxalçısı olan ölkələrin xərclərini artırar, inflyasiya risklərini gücləndirərdi.
"Eyni zamanda, enerji ixracatçısı ölkələr üçün də bazarlara çıxışın bahalaşması müəyyən çətinliklər yarada bilərdi.
Qərarın ləğv edilməsi bazarlarda yaranan qeyri-müəyyənliyi aradan qaldırıb və qlobal enerji tədarükü ilə bağlı əlavə risklərin formalaşmasının qarşısını alıb. Hazırkı mərhələdə isə enerji bazarlarında əsas diqqət Yaxın Şərqdə geosiyasi vəziyyətə və regionda təhlükəsizlik məsələlərinə yönəlib".
Aynurə İsmayıl
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər