İqtisadiyyatda dönüş siqnalı: qeyri-neft sektoru güclənir
"Azərbaycanda iqtisadi artım yenidən müsbət zonaya keçib".
Bunu iqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bildirib.
O bildirib ki, birinci rübdə qeydə alınan azalma yenidən artıb:
"Yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb. Birinci rübdə qeydə alınan 0,3 faizlik azalmadan sonra aprel ayından etibarən iqtisadiyyatda müsbət dinamika formalaşıb.
Neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb. Bunun əsas səbəbi isə ÜDM hesablanarkən neftin satış qiymətinin deyil, hasilat həcminin nəzərə alınmasıdır".
Ekspert qeyd edib ki, mövcud dinamika qorunarsa, iqtisadi artımın 1,3-1,5 faiz civarında olacağı proqnozlaşdırılır:
"Qeyri-neft-qaz sektorunda isə 0,7 faizlik artım qeydə alınıb və əlavə dəyər 27 milyard 740,1 milyon manata çatıb. mövcud dinamika qorunarsa, 2026-cı ilin sonuna Azərbaycanda iqtisadi artımın 1,3-1,5 faiz civarında olacağı proqnozlaşdırılır".
Şahanə Ziyad

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq