İran İsrailə hücum edəcək? - Pezeşkian Avropa liderləri ilə telefon təmaslarını artırıb
Son zamanlar İsraillə münasibətlərin gərginləşməsi fonunda İran prezidenti Məsud Pezeşkianın Qərb liderləri ilə telefon danışıqlarını intensivləşdirdiyi müşahidə olunur. Bəzi siyasi analtiklər bunu İranın Avropa dövlətləri ilə yaxınlaşma çabası kimi qiymətləndirirlər. Bir başqa qrup isə telefon təmaslarının İranın İsrailə hücum ehtimalının qarşısını almaq olduğunu iddia edir.
Maraqlıdır, tərəflər arasında dialoqlar yeni reallıqlar yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hansısa ciddi qarşıdurmanın olacağına inanmadığını deyib:
"İranın İsrailə hücum edəcəyini düşünmürəm. Lakin ABŞ rəsmiləri çalışır ki, hər hansı əməliyyat başlasa belə, tərəflər ciddi ziyan görməsin. İsmail Həniyənin ölümündən sonra sözügedən ölkənin rəsmilərinin İrana təcili səfəri də buna işarədir. Dediyim kimi, ciddi qarşıdurma olacağını gözləmirəm. Buna nə İran, nə də İsrail cəhd edəcək. Genişmiqyaslı müharibə sözügedən ölkələrin dövlətçiliyini sual altına qoya bilər".
Ekspert İranın Qərblə yaxınlaşmaq istəyindən də danışıb:
"Benjamin Netanyahu çalışır ki, İrandan gələn təhdidlərin qarşısını alsın. Buna görə də onun qəti addımlar atdığını görürük. Baş nazir dövlət sərhədlərini ciddi şəkildə müdafiə etməyə çalışır. İslam dünyasında da pərakəndəlik müşahidə olunur. Əslində hər iki tərəf problemləri diplomatik müstəvidə həll etməkdə maraqlıdır. Qərblə danışıqlar da bu səpkidədir. Baxın, Pezeşkian təsadüfən prezident seçilməyib. O, sözügedən posta təyin olunub ki, Avropa dövlətləri ilə münasibətlər normallaşdırma mərhələsinə daxil olsun. Lakin bu danışıqlara İsrail və ölkə daxilindəki bəzi qüvvələr mane olur".
Məlik Məlikov,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var