İran və ABŞ arasında atəşkəs elan edildi - Bundan sonra nə olacaq?

İran və ABŞ arasında atəşkəs elan edildi - Bundan sonra nə olacaq?Xəbər verdiyimiz kimi, İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər. 
ABŞ İranın enerji infrastrukturuna zərbələri ikihəftəlik müddətə təxirə salıb. Bu müddət ərzində İranla ikitərəfli atəşkəs qüvvədə olacaq. Bu barədə Ağ Ev rəhbəri Donald Tramp açıqlama yayıb. Lakin atəşkəsin davamlı olub-olmayacağı sual olaraq qalır.
Politoloq Zaur Məmmədov azxeber.com-a açıqmasında bildirib ki, ABŞ-də mövcud qanunvericilik savaşın daha da uzadılmasına imkan vermirdi:
"Müharibə bundan sonra uzağı 1-2 həftə davam edə bilərdi. Çünki ABŞ-də mövcud qanunvericilik savaşın daha da uzadılmasına imkan vermirdi.
Müharibənin davam etməsi ABŞ və İsrailin hansı məqsədlərə çatacağı sualını ortaya qoyurdu.
Bu səbəbdən tərəflər məqbul bir mərhələdə müharibəni dayandırmalı idilər və belə bir məqam da yarandı. Donald Tramp çox radikal ultimatum verdi və bu fonda Pakistan tərəfi hər iki tərəfə çağırış edərək 2 həftəlik atəşkəsin elan olunmasını və danışıqlara yenidən başlanmasını təklif etdi. Nəticədə, həm İran, həm də ABŞ üçün müəyyən mənada uyğun hesab edilən bir məqamda tərəflər atəşkəslə bağlı elan verdilər".
O söyləyib ki, atəşkəsin davamlı xarakter alması gözləniləndir:
"Bundan sonra danışıqların aparılması gözlənilir. Cümə günü keçiriləcək görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu danışıqlarda İran, ABŞ və İsrail nümayəndələri artıq vasitəçilər olmadan, birbaşa masa arxasında öz mövqelərini ifadə edəcəklər. Atəşkəsin bundan sonra da davam etməsi mümkündür".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp "topal ördək" vəziyyətinə düşə bilər' - Politoloq

ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətini dəyişə və Prezident Donald Trampın hakimiyyətinin son iki ilinə ciddi təsir göstərə bilər. "Reuters"in məlumatına görə, hazırda Konqresi

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç Krallığının xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə -a Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətin

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?

Avropa tarixinin ən mühüm dərslərindən biri budur: dövlətin gücü yalnız iqtisadi imkanları və hərbi qüdrəti ilə ölçülmür. Sərhədlərin qorunması, qanunların işləməsi, ictimai sabitliyin təmin olunması və milli maraqların müdafiəs

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bun

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib

Moldova Xarici İşlər Nazirliyi Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisinə Rusiyanın endirdiyi zərbəni pisləyib. xəbər verir ki, bu barədə Moldovanın xarici siyasət idarəsini


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber sonxabar sonxabar az cəbhədən ən son xəbər