İran–ABŞ gərginliyi manata təsir edəcək? – İqtisadçı açıqladı
İran və ABŞ arasında gərginliyin yenidən artması qlobal maliyyə bazarlarında da diqqətlə izlənilir. Mütəxəssislər hesab edirlər ki, mümkün hərbi və siyasi eskalasiya investorların davranışına təsir edərək ABŞ dollarına tələbi artıracaq.
Bəs bu proses Azərbaycan manatına və ölkənin valyuta bazarına necə təsir göstərə bilər?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, geosiyasi risklərin artdığı dövrlərdə investorlar daha təhlükəsiz hesab etdikləri aktivlərə üz tuturlar və bu da dolların möhkəmlənməsinə səbəb olur.
Onun sözlərinə görə, son dövrlərdə də bu tendensiya müşahidə edilir:
"İran–ABŞ münaqişəsi dolların güclənməsinə səbəb olur. Hazırda da dollar indeksi artır. Çünki dollar investorlar üçün daha etibarlı "təhlükəsiz liman" hesab olunur. Belə dövrlərdə investorlar dollara daha çox üstünlük verirlər."
İqtisadçı qeyd edib ki, Azərbaycanda vəziyyət fərqlidir. Onun fikrincə, manatın məzənnəsi qlobal bazarlardakı dalğalanmalardan birbaşa deyil, daha çox ölkənin tətbiq etdiyi məzənnə siyasətindən asılıdır.
"Azərbaycanda manatın taleyi inzibati məzənnədən asılıdır. Mərkəzi Bank və hökumət məzənnə siyasətini müəyyənləşdirir. Ona görə də dünyada baş verən hadisələrin manata birbaşa təsiri olmur."
N.Cəfərli əlavə edib ki, İran ətrafında yaranan gərginlik neft qiymətlərinin yüksəlməsinə də səbəb olub ki, bu da neft ixracatçısı olan Azərbaycan üçün müsbət amildir.
"İranla bağlı gərginlik neftin qiymətini artırıb. Neftin bahalaşması isə Azərbaycan iqtisadiyyatı və manat üçün müsbət faktor hesab olunur. Buna görə də yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı hər hansı ciddi problem yaşanacağını düşünmürəm."
İqtisadçının fikrincə, mövcud şəraitdə qlobal risklər dolların mövqeyini gücləndirsə də, yüksək neft qiymətləri və Azərbaycanda tətbiq edilən məzənnə siyasəti manatın sabitliyini qoruyan əsas amillər olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər