İranın bu siyasətçilərini öldürəcəyik - İsrailin Baş nazirindən ŞOK BƏYANAT
İsrailin Baş naziri Naftali Bennet İranın "ən qəbuledilməz" siyasətçilərinin fiziki məhvinə çalışacaqlarını bəyan edib.
Publika.az virtualaz.org-a istinadla xəbər verir ki, Bennetin bu açıqlamasına "İsrael Hayom" qəzeti dünənki sayında yer verib.
Baş nazirin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində fəaliyyət azadlığını saxlayacaq. Və, İranla Qərb ölkələri arasında nüvə anlaşması əldə edilsə belə, bu İsrailə hər hansı öhdəliklər qoya bilməz.
Baş nazir onu da deyib ki, hazırda İran nüvə silahının işlənib hazırlanmasında "ən irəli mərhələdədir".
"Biz mürəkkəb dövr yaşayırıq. Ola bilsin ən yaxşı dostlarımızla mübahisəmiz yaransın. İstənilən halda, hətta nüvə sövdələşməsinə geri dönüş baş tutsa belə İsrail bu sövdələşmənin tərəfi olmayacaq", - o deyib.
Naftali Bennet İranın nüvə proqramına məsul şəxslərinin və digər mühüm fiqurlarının məhv edilməsi əməliyyatlarının davam etdiriləcəyini də vurğulayıb.
"İranlılar İsrail dövlətini raketlərlə əhatələyiblər, özləri isə Tehranda təhlükəsiz şəraitdə oturublar. İranın "Qüds" xüsusi əməliyyatlar qüvvələri tərəfindən göndərilmiş ayrı-ayrı terrorçuların təqib edilməsinin daha mənası yoxdur. Biz onları göndərənləri təqib edəcəyik", - Naftali Bennet bildirib.
Xatırladaq ki, ötən gün xarici KİV-lər İsrail rəhbərliyinin İranın nüvə silahı əldə etməyə çox yaxınlaşdığı barədə bəyanatlarına yer vermişdi. Bildirilirdi ki, İsrail İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək haqqını özündə saxlayır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək