İranın sabiq səfiri: "İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək
"İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək".
Bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
M.Pakayinin sözlərinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat magistralının bir hissəsi hesab olunur və onun bərpası İran-Ermənistan sərhədinə hər hansı zərbə olmayacaq.
"Çünki region ölkələrinin ərazi bütövlüyü çərçivəsində bu dəhliz bərpa olunacaq. İranın müxtəlif rəsmilərinin mövqeləri də onu göstərir ki, Tehran SSRİ dövründən qalan ənənəvi yolların bərpa olunmasına qarşı deyil, hətta buna müsbət yanaşır", - deyə o bildirib.
Sabiq səfir deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər yaxşılaşarsa, ənənəvi yollardan dinc şəkildə istifadə olunarsa, bölgədə təhlükəsizlik artmış olacaq:
"Və biz İranın Azərbaycan və Ermənistanla birgə sərhədlərində təhlükəsizliyin bərpa olunduğunun şahidi olacağıq", - deyə keçmiş diplomat əlavə edib.
Trend

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək