İranlı qadınlara Neymarı izləməyə icazə verildi
Asiya Çempionlar Liqası çərçivəsində oktyabrın 3-də Braziliyanın məşhur futbolçusu Neymarın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl Hilal" futbol klubu ilə İranın "Nessaci Mazenderan" futbol komandası üz-üzə gələcək.
KONKRET.az xəbər verir ki, Tehranın "Azadi" stadionunda keçiriləcək mühüm qarşılaşmada qadın futbolsevərlərə uzun müddətdən sonra tribunada olmaq imkanı yaradılacaq.
İran mətbuatında yer alan xəbərlərə görə, iranlı qadınlar "Əl Hilal" – "Nessaci Mazenderan" matçını stadionda izləyə biləcəklər. Ölkədə futbol matçları zamanı stadiona buraxılmayan qadınlar üçün son illərdə həyata keçirilən güzəştlər çərçivəsində 2500 qadına bilet satılacaq.
Bundan əlavə, matça 48 saat qalmış bilet satışlarına başlanacaq və cəmi 50 min tamaşaçının stadionu dolduracağı gözlənilir. İranlı qadınlar sonuncu dəfə 2022-ci ilin avqustunda "Azadi" Stadionunda futbol matçına baxmaq imkanı əldə ediblər.

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı