İş saatlarının dəyişdirilməsi tıxacın azalmasına təkan verəcək' - Ekspert
Ötən gün mətbuatda Azərbaycanda iş saatlarının dəyişdirilməsi məqsədilə mühüm addımların atılması barədə xəbər tirajlanıb.
Bu labüd məsələnin icrası yaxın gələcəkdə reallaşa bilər.
Ən vacib faktor isə paytaxtda iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsinin işçilərə daha rahat hərəkət etmək imkanı yaratması və iş-nəqliyyat balansının optimallaşacağıdır.
Qeyd edək ki, dünya praktikasında ən ideal iş saatları bu cürdür:
07:00–15:00 (Erkən başlayanlar üçün)
08:00–16:00 (Standart iş vaxtı)
09:00–17:00 (Ənənəvi iş rejimi)
10:00–18:00 (Gec başlayanlar üçün)
Bəs, iş qrafikinin dəyişdirilməsi nəqliyyatın axınına və sxeminə necə təsir edəcək?
Həqiqətən iş saatlarının minimuma endirilməsi paytaxtda tıxacların qarşısını ala bilər?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Azərbaycanda iş saatlarının dəyişdirilməsi hazırda müşahidə olunan tıxacların azalmasına müsbət təkan verəcək:
"Erkən saatlarda yola çıxan insanlar həmçinin avtomobillər sıxlıq yaradır, daha sonra bu sıxlıqlar tıxaca çevrilir. Nəzərə alsaq ki, əsas iş yerləri istər dövlət, istərsə də digər dövlət qurumları, iri alış-veriş mərkəzləri olsun, bunların hamısı Bakı şəhərinin mərkəzində yerləşir, elə məhz sıxlıq da bu ərazidə baş verir. Düşünürəm ki, paytaxtda iş saatlarının dəyişdirilməsi qismən də olsa, tıxacların azalmasına müsbət təkan verəcək".
Mikayıl Mirzəzadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu