İş Tapa bilməyənlərin son sığınacağı - Riski böyük, qazancı cəlbedicidir

İş Tapa bilməyənlərin son sığınacağı - Riski böyük, qazancı cəlbedicidirAzərbaycanda xidmət sektorunun ən çox dəyişən sahələrindən biri taksi və kuryer fəaliyyəti hesab olunur. Rəqəmsal platformaların genişlənməsi, onlayn sifarişlərin artması və əmək bazarında yaranan boşluqlar bu sahələrə marağı daha da artırıb. Bu dəyişikliklər həm məşğulluq imkanlarına, həm də iş gücünün strukturuna təsir göstərir və yeni sosial-iqtisadi tendensiyalar formalaşdırır.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, kuryer və taksi xidmətlərinin genişlənməsi əmək bazarında müəyyən struktur dəyişikliklər yaradır:
"İş tapmaqda çətinlik çəkən və ya stabil məşğulluq imkanı əldə edə bilməyən şəxslər daha çox bu sahələrə yönəlməyə məcbur olurlar. Bu tendensiya xüsusilə qeyri-formal və çevik gəlir imkanlarının daha əlçatan olması ilə izah edilir.
Taksi sektorunda son illərdə azalma müşahidə olunur. Rəqəmlərin 60 minə yaxın göstəricidən təxminən 25 minə qədər düşdüyü bildirilir ki, bu da bazarda minlərlə iş yerinin azalması deməkdir. Bu azalma həm rəqabətin artması, həm də xidmət modellərində baş verən dəyişikliklərlə əlaqələndirilir. Nəticədə bir qrup insan bu sahədən çıxmaq məcburiyyətində qalır və alternativ məşğulluq yolları axtarır".
O bildirib ki, eyni zamanda kuryer xidmətlərində artım müşahidə edilir:
"Xüsusilə onlayn ticarətin genişlənməsi bu sahəyə tələbi artırıb. Kuryer işi daha çox gənclər və tələbələr üçün cəlbedici sayılır, çünki çevik iş qrafiki və gündəlik qazanc imkanı təqdim edir. Bu da gənclərin qısa müddətli gəlir əldə etməsi baxımından müəyyən rahatlıq yaradır. Bununla belə, ümumi əmək bazarı kontekstində bu dəyişikliklər hələlik həlledici miqyasda qiymətləndirilmir. Yəni, taksi və kuryer sektorlarındakı artım və azalmalar ümumi məşğulluq strukturunu əsaslı şəkildə dəyişəcək səviyyədə deyil, daha çox mövcud iqtisadi və sosial tendensiyaların nəticəsi kimi görünür", - deyə o qeyd edib. / azxeber.com

Sosial       Tarix: 22 may 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026