İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?İşçilərin iş vaxtı ərzində şəxsi səbəblərlə qısa müddətlik, məsələn, 1 saatlıq işdən ayrılması halları müəssisələrdə tez-tez rast gəlinən məsələlərdən biridir.
Bəs belə hallarda icazənin mütləq yazılı şəkildə rəsmiləşdirilməsi qanunvericiliyin tələbidirmi, yoxsa bu, işəgötürənin daxili qaydalarından asılıdır?
azxeber.com  bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələ birbaşa Əmək Məcəlləsi ilə deyil, əsasən müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsinin şərtləri ilə tənzimlənir.
Onun sözlərinə görə, qanunvericilikdə işçinin 1 saatlıq və ya digər qısa müddətli icazəsinin hansı formada – yazılı və ya şifahi rəsmiləşdirilməsinin məcburi olduğu barədə konkret tələb yoxdur.
"Bu, hər bir müəssisənin daxili qaydaları ilə həll olunur. Eyni zamanda əmək müqaviləsində də bununla bağlı müddəalar nəzərdə tutulur. İcazə həm yazılı, həm də şifahi şəkildə verilə bilər. Bu, müəssisənin daxili intizam qaydalarından asılıdır. Əmək Məcəlləsində bu məsələnin necə rəsmiləşdirilməli olduğu birbaşa göstərilməyib. Qaydalar müəssisədaxili sənədlərlə tənzimlənir", – deyə ekspert vurğulayıb.
Əkrəm Həsənov qeyd edib ki, bəzi işəgötürənlər gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq və iş vaxtının uçotunu düzgün aparmaq məqsədilə qısa müddətli icazələrin yazılı ərizə və ya elektron müraciət əsasında rəsmiləşdirilməsini tələb edirlər. Bu yanaşma hüquqi baxımdan mümkündür və müəssisənin daxili intizam qaydalarına uyğun olduğu halda tətbiq edilə bilər.
Ekspertin fikrincə, işçi və işəgötürən arasında bu kimi məsələlərin əvvəlcədən müəyyən edilmiş daxili prosedurlar əsasında həll edilməsi sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını alır. Buna görə də işçilər işlədikləri müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə yaxından tanış olmalıdırlar.

Sosial       Tarix: 18 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrini

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri hava maraqlı xəbərlər bugun xeberler