İşəgötürənlər gənclərdən nə istəyir? - Diplomdan daha vacib

İşəgötürənlər gənclərdən nə istəyir? - Diplomdan daha vacibGənclərin əmək bazarına daxil olarkən əsas diqqəti yalnız yüksək maaşa deyil, təcrübə qazanmağa və gələcək karyera imkanlarına yönəltməsi vacibdir. İlk iş mərhələsində əldə olunan bacarıqlar və real iş təcrübəsi sonrakı karyera üçün mühüm rol oynayır.
azxeber.com xəbər verir ki, İnsan Resursları üzrə ekspert İlkin Məcidov "Yeni Sabah"a açıqlamasında gənclərin əmək bazarında əsas problemlərindən birinin gözləntilərlə reallıq arasındakı fərq olduğunu bildirib:
Ekspertin sözlərinə görə, bəzi gənclər universiteti bitirdikdən dərhal sonra yüksək maaş, rahat iş qrafiki və sürətli karyera yüksəlişi gözləsələr də, işəgötürənlər təcrübə, praktiki bacarıq, xarici dil, rəqəmsal savadlılıq, məsuliyyət və nəticə tələb edirlər.
"Əmək bazarında diplom başlanğıc nöqtəsidir, son nəticə deyil. Gəncin bazar dəyərini müəyyən edən əsas amillərdən biri onun nəyi bacardığı və həmin bacarığı real işdə necə tətbiq edə bilməsidir", - deyə ekspert vurğulayıb.
İ.Məcidov qeyd edib ki, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, data analitikası, maliyyə və bank sektoru, mühəndislik, logistika və təchizat zənciri, layihələrin idarə olunması kimi sahələr gəlir baxımından daha perspektivli istiqamətlər sırasındadır.
Lakin ekspert bildirib ki, yüksək maaş potensialı olan sahədə işə başlamağın asan olması demək deyil:
"Məsələn, İT sektorunda gəlir imkanları yüksəkdir. Amma bu sahəyə yeni daxil olan şəxsdən ciddi texniki bilik və praktiki bacarıqlar tələb olunur. Ona görə də gənclər yalnız "ən çox maaş verilən peşə"ni deyil, əmək bazarında tələbat olan və öz bacarıqlarına uyğun sahəni seçməlidirlər".
Onun sözlərinə görə, gəncin yalnız diplomunda qeyd olunan ixtisas üzrə vakansiya gözləməsi də işə qəbul prosesini uzada bilər.
"Məsələn, iqtisadiyyat ixtisasını bitirən şəxs yalnız iqtisadçı vəzifəsinə deyil, maliyyə, mühasibatlıq, bank, satınalma, satış analitikası və digər əlaqəli istiqamətlərə də müraciət edə bilər. Burada əsas prinsip "istədiyim iş"lə "başlaya biləcəyim iş" arasındakı fərqi düzgün müəyyən etməkdir", - deyə ekspert bildirib.
İ.Məcidov hesab edir ki, ilk işə başlayan gənc iş intizamı, vaxtında işə gəlmək, tapşırıqları yerinə yetirmək, komanda ilə işləmək, məsuliyyət daşımaq, öyrənmək və nəticə göstərmək kimi tələblərə hazır olmalıdır.
Ekspert ilk iş zamanı yalnız maaşa fokuslanmağın da düzgün olmadığını bildirib:
"Gənc özünə sual verməlidir: burada nə öyrənəcəyəm, kimdən öyrənəcəyəm, mənə real məsuliyyət veriləcəkmi, bir ildən sonra CV-də hansı yeni təcrübələr olacaq, karyera yüksəlişi mümkündürmü və əmək münasibətləri rəsmiləşdirilirmi?"
Onun sözlərinə görə, başlanğıcda 700-800 manat maaşla real təcrübə qazandıran iş uzunmüddətli perspektivdə 1000 manat maaş verən, lakin inkişaf imkanı olmayan işdən daha faydalı ola bilər.
"Əsas sual bu olmalıdır: bu işdə bir ildən sonra mən bugünkündən daha dəyərli mütəxəssis olacağammı?", - deyə İ.Məcidov qeyd edib.
Ekspert karyeranın ilk mərhələsində çətin tapşırıqlara, tənqid və geribildirimə, əlavə öyrənməyə, başlanğıc maaşının gözləntidən aşağı olmasına və monoton işlərin müəyyən hissəsinə dözümlü yanaşmağın normal olduğunu bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, karyera qurmaq naminə gənclər öz hüquqlarından imtina etməməlidirlər.
"Gənc əmək münasibətlərində sistemli şəkildə hörmətsizliyə, əməkhaqqının ödənilməməsinə, qanunsuz tələblərə, ayrı-seçkiliyə, təhlükəli iş şəraitinə və şəxsi sərhədlərin davamlı pozulmasına razı olmamalıdır. Karyera qurmaq üçün çətinliyə dözmək lazımdır, amma istismara dözmək lazım deyil", - deyə ekspert bildirib.

Sosial       Tarix: 20 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az