İşğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı bütün addımlar atılır

İşğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı bütün addımlar atılırKəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.
Zəngilan rayonunun müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyasına uyğun bərpa işləri sürətlə davam etdirilir. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir.
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.
Ulu öndər Heydər Əliyev demişdir: "Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var". İndi bu abidələr, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür.
Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Zəngilana səfəri bütövlükdə rayondakı abidələrin bərpasına böyük ümidlər yaratdı. Prezidentimiz Zəngilanda olarkən çıxışında demişdir: "Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edi¬lib, sökülüb... Zəngilan cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik". 
Dövlət başçımızın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin etməsi ölkə başçısının işğaldan azad olunmuş torpaqlara xüsusi diqqətinin göstəricisi olmaqla yanaşı, bu torpaqlarda həyata keçirilən işlərin və qarşıya qoyulmuş hədələrin çevik və keyfiyyətli icrası baxımından əhəmiyyətlidir.
Naftalan şəhər sakini Arzu Məmmədov

Siyasi       Tarix: 06 may 2022
f Paylaş

Oxşar xəbərlər

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:. 1. 1-ci madd

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq. xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. Katz ABŞ və İsrailin İrana müştərək hücumlarının Tehranın strateji qabiliyyətlərin

Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 1

Trampı Ankarada Ərdoğan qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Ankarada səfərdədir. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qey

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfi


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun bugunun xeberleri idman xeberleri son xeberler 2026