İspaniya Ukraynaya 210 milyon avroluq silah VERƏCƏK
İspaniya hökuməti ilk dəfə olaraq bu ilin birinci yarısında Ukraynaya hərbi texnikanın ixracı üçün 209,7 milyon avro dəyərində 12 lisenziyanı təsdiqləyib.
KONKRET.azxəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Bildirilib ki, icazə verilən ixracın ümumi həcminin 56%-i 155 mm-lik artilleriya mərmilərinin payına düşür.
Ümumilikdə, 2022-ci ilin yanvar-iyun ayları ərzində İspaniya 1,29 milyard avro dəyərində silah ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% azdır. Satışların 52%-i Aİ və NATO ölkələrinin payına düşüb, lakin Səudiyyə Ərəbistanı 302,2 milyon avro ilə Madridin əsas müştərisi olub.
Qeyd olunub ki, göstərilən müddət ərzində ixracdan ən çox imtina Rusiyaya (2,3 milyon avro məbləğində) təsir edib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı