İsrail Azərbaycanda VURULACAQ? - DƏHŞƏTLİ SSENARİ

İsrail Azərbaycanda VURULACAQ? - DƏHŞƏTLİ SSENARİİngilis nəşri İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif etdiyini yazır; halbuki ölkəmizdə nə belə bazalar var, nə də Pezeşkianın orduya əmr vermək səlahiyyəti…
KONKRET.azxəbər verir ki,Britaniyanın "The Telegraph" nəşrinin İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif etməsi barədə yazdıqları ətrafında müzakirələr davam edir. "Yeni Müsavat" yada salır ki, ingilis nəşri İran prezidentə yaxın mənbəyə istinadən "Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər" yazıb. "O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı nəyisə hədəfə almağı və sonra bu barədə həmin ölkələrlə danışmağı və bütün dramlara son qoymağı təklif edib", – deyə Pezeşkianın digər köməkçisi "The Telegraph"a bildirib. İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin (xüsusilə SEPAH) olduğu bəllidir. Pezeşkianın  "İsraillə qarşıdurmada Azərbaycanı vurmaq" təklifini verdiyi haqda yayılan informasiyaları rəsmi Tehran nə təkzib, nə təsdiq edir.
Azərbaycan səfirliyinin yenidən Tehranda fəaliyyətə başlaması, Pezeşkianın prezident seçilməsindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin ona təbrik zəngi, inauqurasiya mərasimində baş nazir səviyyəsində iştirak iki ölkə arasında normallaşma prosesinin həm Tehranın, həm Bakının  maraqlarında olduğunu göstərir. Bəzi ekspertlərə görə, bu baxımdan onun "Azərbaycanı vuraq" mövqeyindən çıxış etməsi bir az şübhəli, bir az da gerçəkdən uzaq kimi görünür. Çünki  Azərbaycanda "İsrail bazaları" mifdir, ikincisi, ölkəmizin ərazisinə hər hansı real təhdid müharibə elanı demək olardı ki, bu da Tehranın çətin marağında olsun. Üstəlik, Pezeşkian təbrizlidir və Azərbaycanla əlaqələrə xələl gətirəcək tapşırıq verməz. Ən əsası isə İranda prezidentin orduya əmr vermək səlahiyyəti yoxdur və ali dini lideri Əli Xamenei bu göstərişi vermək hüququna malikdir. Bu baxımdan belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağında ola biləcəyi versiyası ortaya çıxır.
SEPAH-ın isə Azərbaycana, yumşaq desək, qərəzli münasibəti bəllidir. Şübhəsiz, İrandakı iki turda keçirilən seçkidə   Azərbaycanda Pezeşkianın milliyyəti ilə bağlı xəbərlərə xüsusi diqqət ayrılması SEPAH-ın nəzərindən qaça bilməz. İkinci bir tərəfdən, İsrailə "qisas bayrağı" qaldıran SEPAH mümkündür ki, bu cür iddialarla  Azərbaycanı hədəf göstərməklə düşdükləri "Bəs nə oldu?" sualından diqqəti yayındırmağa çalışsın. Maraqlıdır ki, rəsmi Tehran normallaşma prosesində maraqlı olduğunu göstərsə də, yeni prezidentin adından yayılan bəyanatı təkzib etməyə tələsmirlər. Bakının da bu iddialara reaksiya verməməsi diqqət çəkir. Mümkündür ki, Tehran diplomatik kanallarla bu iddianı yalanlasın, yaxud ingilis nəşrinin yazdığı fantaziyalara münasibət bildirməyə ehtiyac görmürlər…
İsrail Azərbaycanda VURULACAQ? - DƏHŞƏTLİ SSENARİProfessor Qabil Hüseynlinin "Yeni Müsavat"a bildirdiyinə görə, ingilis nəşrinin yaydığı xəbər cəfəngiyyatdır. O inanmır ki, İran belə bir səhvə yol versin. Q.Hüseynli İranın Haniyənin qətlinə görə cavab zərbəsinin gecikdiyini düşünür: "Ötən həftə Britaniya xarici işlər naziri iranlı həmkarı ilə telefon söhbəti apardı, ondan az əvvəl ABŞ xarici işlər naziri Blinken İsrail və İrana çağırış etdi, diplomatik kanallarla Tehrana mesaj göndərildiyini açıqladı. Hiss olunur ki, ABŞ İranın İsrailə cavab verməsini istəmir. Eyni zamanda "Patriot" nəşri yazdı ki, Vaşinqton mövqeyini Tehrana belə izah edib – Haniyə vurularkən heç bir İran vətəndaşı zərər görməyib, bu baxımdan cavaba gərək yoxdur. Amma İran nüfuzuna söz gəlməsin deyə hər hansı şəkildə İsrailə zərbə endirmək niyyətindən əl çəkməyib, lakin bunun Azərbaycan ərazisi olmayacağı dəqiqdir, çünki bizim torpaqlarımızda onların axtardıqları bazalar yoxdur".
Professor belə bir hücumun İrana baha başa gələ biləcəyini düşünür, üstəgəl, Pezeşkianın orduya əmr vermək səlahiyyəti olmadığını bildirir: "Bundan başqa, bir təbrizli prezident öz rəhbərliyi dövründə Azərbaycana raket atılması, yaxud hansısa zərbə vurulması ilə tarixdə qalmaq istəyərmi? Məncə, bu cür informasiyalar İsrail-Azərbaycan, İran-Azərbaycan əlaqələrini korlamağa hesablanıb. Hazırda hər iki tərəflə əlaqələr inkişafdadır. İranın isə qisas almaq fikri varsa, Tel-Əvivə zərbə endirsin, nəticəsini də görsün. Həmçinin burada Rusiya və Türkiyə amilləri var. İranın Azərbaycana bir güllə atması belə kifayətdir ki, regionda vəziyyət tamamilə dəyişsin. Zənnimcə, bu məlumat barmaqdan sovrulmuş bir blefdir".
İsrail Azərbaycanda VURULACAQ? - DƏHŞƏTLİ SSENARİSiyasi şərhçi Asif Nərimanlıya görə, İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Onun fikrincə, məhz bu kontekstdə Pezeşkianın SEPAH-a "İsraillə qarşıdurmada Azərbaycanı vurmaq" təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir. Ekspert hesab edir ki, Pezeşkianın azərbaycanlı olması onun Azərbaycanın maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil, əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin anti-Azərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkian Azərbaycanla normallaşma prosesini də dəstəkləyir və bu baxımdan, onun "Azərbaycanı vuraq" mövqeyindən çıxış etməsi şübhəlidir: "Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağındadır. Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur. Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər. İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır. Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır. Hərçənd Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir"./"Yeni Müsavat"

Siyasi       Tarix: 14 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbə

Ermənistana keçən azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı

Şəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev 6 atəş açaraq yerli sakin Ani Avetisyanı yaralayıb. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bu və digər detallar məhkəmə məlumatları saytında dərc oluna

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Prezident Vyetnama səfər edəcək

Prezident İlham Əliyev Vyetnama səfər edəcək. KONKRET.azoperativmedia-ya istinadən xəbər verir ki, səfər Vyetnam liderinin dəvəti ilə baş tutacaq. Məlumata görə, səfər 19-21 noyabr tarixlərini əhatə edəcək

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


yeni xeberler azerbaycan xeberleri son xeberler hava ən son xəbərlər bugün son xeber az metbuat xeberleri