İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər

İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlərİsrailin uzun müddətdir Livanın cənubunu raket zərbələrinə tutması, o cümlədən Fələstinlə qalmaqda olan ixtilafları Yaxın Şərqdə mövcud vəziyyəti daha da kritikləşdirməkdədir.
Belə ki, İran da son günlər İsraillə münasibətlərini neqativ versiyaya çevirib.
Hətta ötən günlərdə İrandan İsrailin paytaxtı Təl-Əvivə raketlər atılıb. Bu cür təhdidlər qarşısında isə İsrailin səssiz qalmayacağı güman edilir.
Bəs, görəsən getdikcə arealı genişlənən və şiddətlənən İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər?
Mövzuyla bağlı azxeber.com-a açıqlama verən "Sosial Tədqiqatlar Mərkəzi"nin (STM) mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, İsraillə İran arasında münaqişənin yekunu Livanın cənubunun işğal edilməsiylə bitə bilər:
İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər"Hadisələrin yekunu Livanın cənubunun işğal edilməsiylə yekunlaşacaq. Yəqin ki, bu tezliklə reallaşacaq. Bu ərazidə 2 milyon fələstinli yaşayır. İranın maliyyələşdirdiyi "Hizbullah" təşkilatı da Livanda məskunlaşır. Münaqişənin arealının böyüməsində iştirakçıların sayının artması böyük rol oynayır. Biz buna siyasətdə aktorlar deyirik. Müəyyən mənada, HƏMAS-ın, Husilərin, SEPAH-ın idarə etdiyi digər qruplaşmaların müharibəyə cəlb olunması nəticəsində müharibənin miqyası böyüyəcək. Şübhəsiz ki, bizi qarşıda İsrailin həm İranın nüvə obyektlərinə zərbə endirməsi, həm də hərbi bazalarını vurması gözləyir. Lakin bütün hallarda sözügedən proseslərin önəmli tərəfi odur ki, bu münaqişə İsrail və İranı daha çox İslam və Ərəb dünyası üzərində planlaşdırılmış parçalama və birlikdə idarəetmə təəssüratını yaradır. Məncə, bu proses Livandan sonra daha da maştabını böyüdəcək".
Məsələyə geopolitik müstəvidə yanaşan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı azxeber.com-a açıqlamasında deyib ki, ehtimal edilən İsrail və İran arasındakı savaşın müddəti heç bir neçə gün çəkməz:
İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər"Yaxın Şərq daim alov içərisindədir. Burada da başlıca ölkələr var ki, onların da sırasında hazırda üz-üzə dayanan İran və İsrail öndə gəlir. İndiki savaşın arealı çoxmu böyüyəcək? Düşünürəm ki, xeyr. Hətta bu müharibənin bir neçə gün sürəcəyini də zənn etmirəm. Bunun da bir səbəbi var. ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiya-Ukrayna savaşının arxa plana keçməsini istəmir. Çünki, bu müharibə arxa plana keçərsə, bir də görərlər ki, Ukraynanın Rusiya qarşısında dirənişi getdikcə tükənməkdədir. Bu da Qərb koalisiyasının məqsədinə çatmaması anlamına gəlir. Rusiya da İran-İsrail savaşının əhatə dairəsinin təbii ki, genişlənməsinin tərəfdarıdır. Bununla bir növ nəfəs almış olacaq. Əslində deyərdim ki, bu savaş İran-İsrail savaşından daha çox Amerika-Rusiya diplomatik savaşı kimi görünür".
Politoloq İranın bu münaribəyə təhrik olunduğunu düşünür:
"Qasım Süleymaninin öldürülməsindən sonra bu müharibə hər an gözlənilirdi. O zaman cənub qonşumuz sadəcə imitasiya xarakterli açıqlamalar verdi və bir növ simasını bu cür qorumağa çalışdı. Amma bunu bacardımı? Xeyr. Dövlət nüfuzuna ciddi zərbələr dəydi. İranın artıq "səbir taşasını daşıran son damla" isə, prezidentin andiçmə mərasiminə gələn İsmayıl Haniyənin, son olaraq da Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi oldu. Hansı dövlət olursa-olsun, buna cavab verməli idi. İranın cavabı yetərlidirmi? Xeyr. Sadəcə dövlət imicini bu dəfə də bu cür yollarla qorumağa çalışır. İsrail tərəfi mesajını aldımı? Düşünürəm ki, bəli. İranın elə də küçümsənən ölkə olmadığı göründü. İsrailə atılan 200-ə yaxın raketin yarıdan çoxunun hədəflərə düşməsi bunun bariz sübutu oldu. Sadəcə İran böyük savaşa girmək istəmir və bundan deyərdim ki, yayınır. Çünki, ona qarşı Rusiyaya qarşı birləşən koalisiyanın işbaşına keçəcəyini yaxşı bilir. Həm də uzun illərdir ki, sanksiyalar tətbiq olunan İran indiki vaxtda belə bir müharibəyə də hazır deyil".
C.Abbaslı Azərbaycan üçün də bu savaşın olduğu təqdirdə nəticələrini izah edib:
"Azərbaycan bu müharibənin əhatə dairəsinin genişlənməsini heç bir halda arzulamaz. Regionumuzda savaşın olması bizim üçün də müəyyən təhlükələrə yol açar, sabitlik pozula bilər. Digər tərəfdən, cənub qonşumuzun ciddi zərbələr alması, yaxud da parçalanması region üçün xeyirli olmaz. Doğrudur, İran daim ermənipərəst mövqeyi ilə Azərbaycan tərəfdə narazılıq yaradıb. Amma unutmaq olmaz ki, bu ölkə regionun əsas güclərindən biridir və onun sıradan çıxarılması Qərb koalisiyasının bu regionda yerləşməsinə səbəb olar ki, bu da bizlərə sərf etmir. Bir də unutmayaq ki, ortada Cənubi Azərbaycan faktoru da var".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər

Siyasi       Tarix: 03 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli cebheden xeber