İsrail İranla birbaşa müharibə etməyəcək - ŞOK SƏBƏBLƏR
"İran və israil arasında birbaşa müharibənin olacağını söyləmək çox çətindir. Bu barədə yalnız ehtimallar söyləmək olar. İndiki halda birbaşa müharibə ehtimalı isə azdır".
Bu fikirləri "KONKRET.az"a açıqlamsında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
"İsrail əslində İrana hərbi müdaxilə etmək istəyir. Ancaq bunu təkbaşına deyil, öz müttəfiqləri ilə həyata keçirmək niyyətindədir. Belə ki, İsrail İranı müharibəyə cəlb etmək, daha sonra isə ona qarşı beynəlxalq koalisiya yaratmaq məqsədi güdür. Xüsusən, iranın nüvə sahəsində atdığı addımları özü üçün ciddi təhlükə sayır. Ona görə də, Qərbdə əsas qüvvələrinin və ABŞ-nin iştirak edəcəyi beynəlxalq koalisiya yaratmaq istəyir. İndiyədək proksi qüvvələr üzərindən atılan hərbi addımların da əsl hədəfi budur. Ancaq bu ehtimalların gerçəkləşəcəyi real deyil. Birincisi, İran İsraillə birbaşa müharibədən çəkinir. Tehran anlayır ki, İsrailə belə bir əsas versə, prosesə ABŞ qoşulacaq. İkincisi, ABŞ özü də bu prosesdə maraqlı deyil. Çünki belə bir müharibə sonrakı dövrdə daha çox şiddətlənə və Üçüncü Dünya Müharibəsinə çevrilə bilər. Söhbət İrandan gedir. İranı Suriya və İraq kimi asanlıqla parçalamaq çox çətindir. Çünki İranın kifayət qədər hərbi arsenalı mövcuddur. Həmçinin, daxili-ictimai rəydə din faktoru rejimə imkan verir ki, ölkəni bütövlükdə müharibəyə sürükləsin. Ona görə də, ABŞ İsraili irana birbaşa müdaxilədən maksimum çəkindirməyə çalışır".
Ekspertin sözlərinə görə, ehtimal az olsa da, müharibənin baş verəcəyi istisna edilməməlidir:
"Bu cür münaqişələrdə hər şey forsmajor situasiyalarla müşayiət olunur. İsrail öz müttəfiqlərini dinləmədən İranın enerji bloklarını vursa, bu, açıq-aşkar birbaşa müharibəyə gətirib çıxaracaq. İsrail üçün əsas problemlərdən biri Qərbdəki müttəfiqlərinin bu məsələ ilə bağlı fikir ayrılığında olmasıdır. Məsələn, ABŞ İsraili dəstəkləsə də, onu birbaşa müharibədən çəkindirməyə çalışır. Fransa isə ümumiyyətlə İsrailin apardığı müharibələrə qarşıdır. Bütün bunlar Netanyahu hakimiyyətinə istədiyi dəstəyi almağa imkan vermir. Belə olan halda İsrail istədiyi nəticəni əldə etməyəcəyindən qorxur. Ona görə də, Təl-Əviv daha çox İrana bağlı proksi qüvvələri məhv etməyə çalışır. İsrail İranla birbaşa müharibəyə getmədən, Hizbullah, HƏMAS və digər proksi qüvvələri ABŞ-nin dəstəyi ilə sıradan çıxara bilir. Görünür, bu, mərhələli şəkildə həyata keçiriləcək. İsrail İranın Yaxın Şərqdəki "qollarını" kəsdikdən sonra birbaşa hərbi müdaxiləni gündəmə gətirə bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb