İsrail səfirliyinə qarşı TERROR CƏHDİ - SAXLANILANLAR VAR

İsrail səfirliyinə qarşı TERROR CƏHDİ - SAXLANILANLAR VARBritaniyada İsrail səfirliyinə qarşı planlaşdırılan terror aktı ifşa edilib.
Böyük Britaniyanın təhlükəsizlik qüvvələri Londonda yerləşən İsrail səfirliyinə qarşı planlaşdırılan terror aktını vaxtında ifşa edərək qarşısını alıb.
KONKRET.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "The Telegraph" nəşri məlumat yayıb. Qeyd edilib ki,  hadisə ilə bağlı saxlanılan şəxslərdən dördü İran vətəndaşıdır. Terror aktının həyata keçirilməsinə cəmi bir neçə saat qalmış onların tutulduğu bildirilir.
Belə ki, hadisə 4 may tarixində baş verib. Britaniyanın terrorizmlə mübarizə üzrə ixtisaslaşmış polis bölmələri bu tarixdə ümumilikdə beş nəfəri saxlayıb. Saxlanılanların dördünün İran İslam Respublikasının vətəndaşı olduğu qeyd olunur. Hazırda Böyük Britaniya xüsusi xidmət orqanları həmin şəxslərin xarici təşkilatlarla mümkün əlaqələrini və bu əməliyyatın arxasında dayanan məqsədləri araşdırır.
Rəsmi London insidenti ölkə ərazisində sabitliyi pozmaq və beynəlxalq münasibətlərə zərbə vurmaq məqsədi daşıyan bir təxribat cəhdi kimi qiymətləndirir. Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə, xüsusilə də İsrail və İran arasında gərginliyin artması fonunda belə cəhdlərin intensivləşməsi təhlükəsizlik qurumlarının diqqət mərkəzindədir.
Hələlik İran tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Britaniya hüquq-mühafizə orqanları isə istintaqın davam etdiyini və əlavə məlumatların yaxın günlərdə ictimaiyyətlə bölüşüləcəyini bildirib.
Natiq Səlim,
KONKRET.az

Hadisə       Tarix: 08 may 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, helikopter naməlum səbəbdə

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseyno

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub

Məşhur aktrisa vəfat etdi

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib. xəbər verir ki, aktrisa 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O

Mingəçevirdə yük maşını bataqlıqda batdı

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barəd

Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. oxuaz-a istinadən xəbər verir ki, deputatın qız

Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində şirkət personalının müvəqqəti yaşayışı üçün nəzərdə tutulan tikilidə yanğın baş verməsi barədə məlumat daxi

Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi

Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək. -ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tib

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər novruz bayramı metbuat sosial yardim