İstanbulda gizli görüş: "Bizi orada satdılar" - ŞOK İDDİA

İstanbulda gizli görüş: "Gizli razılaşma var, Rusiya Ermənistanı Qərbə satıb".
KONKRET.azxəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.
"Rusiya Ermənistanın mövqeyini dəyişib Qərbə üz tutması üçün hər şeyi edir. Rusiya bu gün Ermənistanın getməsi üçün əlindən gələn qədər çalışır. Bizim gördüyümüz budur", – ekspert bildirib.
"Ermənistanın Qərbə inteqrasiyası Rusiyaya nə üçün lazımdır" sualına Ayvazyan belə cavab verib:
"Bunlar bir növ gizli razılaşmalardır, bunları bəlkə də heç vaxt bilməyəcəyik".
Ekspertin fikrincə, Rusiyanın Ermənistanı Qərbə güzəştə getməsinin bəzi "əlamətlər"i var:
"Bunu 44 günlük müharibə də göstərir (Qərb və Rusiya Ermənistana yardım etmədi). Bunu sentyabrın 19-dan (Azərbaycan ordusunun antiterror tədbirlərindən öncə) cəmi iki gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa Birliyinin yüksək rütbəli rəsmiləri arasında Qarabağ məsələsinin müzakirə olunduğu gizli görüş göstərir. Niyə İstanbulda oldu? Bu o deməkdir ki, türklər də həmin görüşdə iştirak ediblər.
Daha bir fakt. 2022-ci il iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri gözlənilmədən Ermənistana gəldi. Üç gün sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Narışkin Ermənistana səfər etdi. Bunlar nə deməkdir? Bu onu göstərir ki, bəzi məsələlərlə bağlı daim danışıqlar aparılır. Təsir zonalarının yenidən bölüşdürülməsi prosesi gedir. Rusiya geri çəkilir və Ermənistanı Qərbə təslim etdiyini göstərmək istəmir. Biz də bilmirik ki, bizi Qərbə təslim edir, yoxsa Türkiyəyə".//Teleqraf

Siyasi       Tarix: 19 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeberler 2026 az xeber sou biznes